gundemxeber.az-ın verdiyi məlumata görə, Ukraynanın yeni seçilən iqtisadiyyat naziri Ayvaras Abromaviçus ölkədə korrupsiyanın pik həddə çatdığını açıqlayıb. O, bildirib ki, Ukrayna korrupsiyanın səviyyəsinə görə Avropada birinci yerdə qərarlaşıb.
Ukraynanı korrupsiyaya uğramış ölkə adlandıran Abromaviçus bunun qarşısını almaq üçün səylə çalışmağın vacibliyini diqqətə çatdırıb.
Ukraynanın baş naziri Arseni Yatsenyuk da ölkədə korrupsiya səviyyəsinin artdığını etiraf edib və dövlət tərəfindən qabaqlayıcı tədbirlərin görüldüyünü bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?