Korrupsiyaya qarşı Mübarizə Fondu ölkədə korrupsiyanın səviyyəsi və ona qarşı mübarizənin vəziyyəti ilə bağlı sorğunu açıqlayıb.
Fonddan AzNews.az-a verilən məlumata görə, bu il keçirilən sorğunun nəticələri 2010-cu illə müqayisəli şəkildə təqdim olunub.
- Rəyi soruşulan insan rüşvət verdiyi halda məsuliyyət daşıdığını daha çox dərk etməyə başlayıb- 56% (2010)- 79%(2013)
- Əvvəllər rüşvətlə problemini həll etməyə çalışan vətəndaşlarımız indi daha çox dövlət orqanlarına müraciət etməyi üstün tutduğunu bildirir- 25% - 50%
- Korrupsiyaya qarşı mübarizənin vəziyyətinin onları qane etdiyini deyənlərin sayı artmışdır– 26% - 30%.
- Əvvəllər Azərbaycanda korrupsiyanın səviyyəsini yüksək qiymətləndirən vətəndaşlarımızın sayı– 52%-dən 33 %-ə enmişdir
- Korrupsiyanı aradan qaldırmaq üçün ictimaiyyətin hansı addımları atması sualına isə daha çox insan rüşvət verməkdən imtina etməyi üstün sayırlar- 29% - 43%.
Korrupsiyanın (məişət korrupsiyası) yayılmasının səbəbini rəyi soruşulanlar qanunların icrasına nəzarətin zəif olmasında, əhalinin hüquqi savadsızlığında, yerli dövlət və bələdiyyə orqanlarının fəaliyyətinin şəffaf olmamasında və məmur özbaşınalığında görürlər.
Məlumat da o da qeyd olunub ki, bu araşdırma əsasən regionlarda keçirilib.
Daha çox korrupsiyaya uğramış orqanlar kimi səhiyyə, yerli icra hakimiyyəti orqanları, təhsil, polis, əmək və əhalinin sosial müdafiə mərkəzləri, tibbi-sosial ekspert komissiyaları, məhkəmə və digər qurumlar sadalanıb. Bundan əlavə, rəyi soruşulanların əksəriyyəti Azərbaycan prezidenti İlham Əliyevin korrupsiya qarşı mübarizə istiqamətində atdığı addımları dəstəklədiyini bildiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?