GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İŞİD-ə pul atsan, nə olar..

İŞİD-ə pul atsan, nə olar..

Tarix: 17-12-2014, 11:29 Bölmə :Ölkə Baxış: 0
İŞİD-ə pul atsan, nə olar..

İŞİD-ə pul atan azərbaycanlı gənc haqqında xəbəri oxuyanda təəccüblənmədim. Ümumiyyətlə, Azərbaycanda bir neçə il yaşamış adam təəccüblənmə hissini çoxdan itirmiş olur. Ölkəmizdə elə şeylər olur ki, get-gedə bu xəbərlərə alışırsan, fikir vermirsən. Ər arvadının, arvad ərinin başını kəsir və bu olay bizim üçün sadəcə hansısa xəbər başlığından başqa bir şey olmur. Hər kəs deyir ki, kəsib kəsib də, onsuz da xirtdəyə qədər zibilin içindəyik, bir də bunu düşünəcəyik?
Azərbaycanlılar atıcılıq mövzusunda ixtisaslaşıblar, hətta ölkədə xeyli sıravi insan pulunu bu yolla qazanır. "Kimə atış gələk, bir az qabağa düşək?" deyimi də buna görə yaranıb. Məsələn, mən adamlar tanıyıram, kimdənsə işə düzəltmək, ya da xaricdə təhsilə yollamaq adı ilə pul alır, sonra məsələni yubatdıqca yubadır, axırda pulu qaytarmaq istəmir. Elələri də var ki, pulu nə vaxtsa qaytarır, amma bu müddət ərzində həmin pulla özünə iş qurur. Ya da birindən alır, sonra həmin adam möhkəm çıxırsa, başqasına atıb onun pulunu qaytarır. Üstəlik, insanlar polisə güvənmədikləri üçün məsələlərini özləri həll etməyə çalışırlar. Hətta Bakıda pulu geri qaytarmaq üçün ixtisaslaşmış adamlar da var. Tutaq ki, sənə üç min dollar atıblar. Gedirsən həmin adamın yanına, o da deyir ki, mən o pulu alıb sənə verəcəm amma üç minin tutaq ki, beş yüzü mənim olacaq. Soruşursan ki, necə eləyəcəksən, deyir, hər şey mənlikdir, sən dur qıraqda, pulunu gözlə. Həqiqətən də dediklərini eləyirlər, hansısa yolla pulu alırlar.
Beləliklə, ortada qanunların, hüququn iştirakı olmadan mürəkkəb bir proses gedir. Bəzən də bu proseslər hansısa cinayətə səbəb olur. Eşidirsən ki, hardasa meyit tapıblar, bəs mərhum öldürülməzdən qabaq kiməsə atıbmış. İnsanlar belə məsələlərdə məhkəməyə nadir hallarda gedirlər. Bu gün Azərbaycanda bir reketə olan inam məhkəmədən daha çoxdur.
Özü də Azərbaycanın tək şimalı bu cür deyil, cənubdakılar atıcılıqda bizdən daha irəlidədir. Şimal-cənub məsələsində heç unutmadığım bir əhvalat var. Sərhədlər açılanda bir-birinə həsrət olan azərbaycanlılar, nəhayət, qovuşublar və qərara gəliblər ki, bir-birlərinə atsınlar. O taydan olan bir alverçi bu taylıya xına əvəzinə kərpic ovuntusu satıb, bu taylı da ona pul əvəzinə lotereya verib. Hər iki azərbaycanlı şad xürrəm öz şəhərlərinə geri dönüblər. Bu taylı xınanı suya qata, o taylı da "pulu" dəyişdirə bilməyib.
Amma İŞİD-ə pul atma məsələsi bir qədər ağır söhbətdir. Adamlar baş kəsmək üçün əlləri gicişən tiplərdir, bir gün kimisə boğazlamasalar özlərini pis hiss eləyirlər. Sən dur böyük-böyük dövlətlərin bacarmadığı İŞİD-ə pul at.
Hər halda cəsarətli işdir, amma 1500 dolların o boyda təşkilat üçün bekara söhbət olduğu da məlum məsələdir. İŞİD indi dünyanın ən iri büdcəyə sahib silahlı qrupudur, ciblərinə pul bulaqdan su gələn kimi gəlir.11 iri neft yatağına nəzarət edirlər, günlük gəlirləri 3 milyon, illik gəlirləri isə 1 milyarddır. Belə hallar onlar üçün kiçikdən də kiçik problemdir.
İŞİD-in və bu tip radikal dindar qrupların isə ölkədən nələri, kimləri oğurladıqları, neçə gəncin beynini zəhərləyib həyatlarını məhv etdiyi isə dəhşətli bir həqiqətdir. Azərbaycan artıq İraqa, Suriyaya, Əfqanıstana, Şimali Qafqaza döyüşçü ixrac edən ölkəyə çevrilib. Bir də görürsən, hansısa məşhur İŞİD komandiri azərbaycanlı çıxır, kameranın qarşısına keçib hamını cihada çağırır. Hansısa gənc evə məktub yazıb qoyur ki, Suriyaya gedirəm.
Yaxın Şərqin onsuz da qara olan taleyini qaraltmış bu təşkilat Azərbaycana 1500 dollardan min dəfə dəyərli insan həyatları atıb, ona bu pulu atsan, nə olar, atmasan, nə olar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Su ayaqlar altına axır, adamlarsa suyu pulla alır

    Su ayaqlar altına axır, adamlarsa suyu pulla alır ...

    9-06-2016, 16:46

  • 
  • Azərbaycanlı aktrisa - İstədiyim pulu versələr, yatağa girərəm

    Azərbaycanlı aktrisa - İstədiyim pulu versələr, ...

    17-06-2016, 00:48

  • 
  • Şou-biznes əhli: Kim kimə borcludur?

    Şou-biznes əhli: Kim kimə borcludur? ...

    10-07-2013, 01:03

  • 
  • Qorxmaz Hüseynovun su pulu maxinasiyası

    Qorxmaz Hüseynovun su pulu maxinasiyası ...

    22-05-2014, 10:17

  • 
  • İŞİD-in son 6 aydakı qanlı statistikası

    İŞİD-in son 6 aydakı qanlı statistikası ...

    29-12-2014, 00:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu