GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » KIV haqqında qanuna edilən dəyişiklik etirazla qarşılandı

KIV haqqında qanuna edilən dəyişiklik etirazla qarşılandı

Tarix: 17-12-2014, 11:37 Bölmə :Ölkə Baxış: 0
KIV haqqında qanuna edilən dəyişiklik etirazla qarşılandı

Milli Məclisin “KİV haqqında” qanuna etdiyi dəyişikliklərə görə barəsində iki dəfə məhkəmə qərarı olan qəzetlər, xaricdən maliyyələşən media orqanları bağlanacaq; ekspertlər bu dəyişikliyi Azərbaycan mediasının buxovlanması kimi qiymətləndirir Mediaya qarşı bədnam qanun parlamentdə təsdiqləndi
Dekabrın 16-da parlament “KİV haqqında” Qanuna dəyişiklik edib. Yeniliyə görə, Ədliyyə Nazirliyi il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edilən KİV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər. İndiyədək belə bir iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı üçə bərabər idi.

Başqa bir yenilik xarici ölkənin fiziki və hüquqi şəxslərindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsini nəzərdə tutur. Qanuna “oxşar ad” termini əlavə edilib və mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan olunub.
Oxşar ad termininin təsnifatı belədir: “Əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar”.

Arif Əliyev: “Hökumət informasiya seqmentini itirməkdən çəkinir”

Qanun layihəsini “Yeni Müsavat”a şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu cür mərhələli dəyişiklikləri mənasız hesab edir. Onun fikrincə, belə dəyişikliklərə ehtiyac yoxdur. A.Əliyevin sözlərinə görə, Azərbaycanda barəsində üç dəfədən artıq məhkəmə qərarı olan mətbu orqanlar var: “Onlarla haqq-hesab çəkmək praktikası ola bilər. Bu dəyişiklik mətbuata çəkindirici, xüsusi bir təzyiq vasitəsidir.
Söhbət fundamental deyil, qadağaları artırmaqla psixoloji təsir etməklə bağlı düzəlişlərdən gedir. Çox heyf ki, qanunda dəyişdirilməli olan müddəalar nəzərdən qaçır. Ancaq belə əhəmiyyətsiz işlərlə məşğul olurlar. Düşünmürəm ki, ciddi bir təsirə nail olunacaq. Sadəcə, mətbuata məhdudlaşdırıcı norma kimi qiymətləndiriləcək və söz azadlığının boğulması haqda çıxışları artıracaq».

A.Əliyev Azərbaycanda fəaliyyət göstərən və xaricdən maliyyələşən KİV-lərin bağlanma ehtimalına belə izah verdi: “Xaricdən maliyyələşən media orqanları dövlətlərarası müqavilə üzrə fəaliyyət göstərir. Burada qanunazidd və gizli maliyyələşən KİV-lər nəzərdə tutulur. Əslində çoxdan bu mübahisələr gedirdi. Ancaq belə bir praktika olmayıb.
Xarici təsisçinin maliyyələşdirdiyi media ola bilər və bununla bağlı qanun əlavə izah tələb edir. Ancaq baxmaq lazımdır ki, hansısa media xaricdən Azərbaycana yayım edilirsə, bunu da xaricdən maliyyələşmə kimi qəbul edəcəklər, ya yox?
Yəni gizli maliyyələşən xarici media haqda ciddi əsaslar olmalıdır. Aydındır ki, niyə xaricdən maliyyələşən media orqanları məsələsini tez-tez səsləndirirlər. Çünki hökumət informasiya seqmentini itirməkdən çəkinir. Bu məsələ elə-belə ortaya çıxmayıb və ideoloji məna kəsb edir».

Müsahibimiz ölkədə qanunazidd fəaliyyət göstərən və gizli maliyyələşən media qurumu tanımadığını dedi: “Mənim əlimdə belə bir fakt yoxdur və bunun üçün ciddi əsaslar olmalıdır. Çünki ciddi ittihamlardır”.

A.Əliyev “Meydan TV” informasiya portalının və “Azərbaycan saatı” verilişinin yeni qanunla ölkəmizdə yayımına qadağa qoyulacağını istisna etmir.
Zeynal Məmmədli: “Bu dəyişiklik medianın buxovlanmasına xidmət edəcək”
AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri Zeynal Məmmədli “Yeni Müsavat”a açıqlamasında deyib ki, qanuna dəyişiklik Azərbaycan mediasının buxovlanmasına xidmət edəcək. Onun sözlərinə görə, mətbuatda senzura dərinləşəcək. Z.Məmmədli hesab edir ki, qanunla məhdudiyyətlər qoyulması mediaya şans verilməməsi deməkdir: “Hökumət rəsmiləri bəyan edirlər ki, medianın peşəkarlığının artmasına çalışırlar. Ancaq qanunla məhdudiyyətlər artıq mediaya şans verməməkdir. Çünki Azərbaycan postsovet ölkəsidir və burada medianın rolunu məmurlar başa düşmürlər, münasibətlərdən qaçırlar, tənqidi medianı informasiya ilə təmin etmirlər. Jurnalistin bu halda məlumatı balanslaşdıra bilmədiyi üçün ilişdirmək asan olur. Ancaq bu, nəticədir, səbəb isə jurnalistə məlumat verilməməsidir”.

Büro rəhbəri deyir ki, bu məsələdə hökumətin üzərinə pay düşür, daha sonra cəza müəyyən oluna bilər: “Əgər bir mətbu orqana cəza verilirsə, əvvəla, məhkəmənin 2 və ya 3 qərarının olması elə böyük fərq etmir. Bununla medianın səhv etmək hüququnu məhdudlaşdırırlar. Jurnalistin səhv etmək hüququ anlayışı var. Ancaq sən bunu səhv etmə fikri ilə etmirsən. Sadəcə, daha böyük doğrunu üzə çıxarmaq üçün kiçik yalanı verirsən, onu da əlacsızlıqdan”.

Qanunda xaricdən maliyyələşən KİV-lə bağlı müddəadan söz açan Z.Məmmədli məsələnin qeyri-müəyyən olduğunu bildirdi: “Bu dəyişikliyin nüansları aydın deyil və detalları öyrənmək lazımdır. Çünki Azərbaycanda xarici təsisçinin 25 və ya 30 faiz kapital qoymaq hüququ var. Bilmək lazımdır ki, bu dəyişikliyi nə dərəcədə beynəlxalq radio, televiziyaları qurumlarına aid etmək olar? Onların fəaliyyətinin məhdudlaşdırılması haqda detalların şərhi lazımdır. Azərbaycan Avropa Şurasının üzvüdür və sərbəst xəbərləşmə olmalıdır”.
Mehman Əliyev: “Bütün KİV potensial olaraq bağlanmaya namizəddir”

«Meydan TV»yə danışan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə sənəddəki dəyişiklikləri konstitusiyaya və qanunvericiliyin məntiqinə zidd adlandırıb: “Bu qanuna əsaslansaq, Azərbaycanda bütün KİV potensial olaraq bağlanmaya namizəddir. Çünki əksər media orqanlarında qanun pozuntuları var, bura televiziya kanalları da, çap mətbuatı da aiddir”.

M.Əliyev Azərbaycanda müstəqil məhkəmənin olmadığını xatırladaraq bildirib ki, beynəlxalq təhqiqatlar da, Avropa Məhkəməsinin qərarları da bunu göstərir. Onun sözlərinə görə, Azərbaycan mətbuatında bir prinsip pozulur — o da həqiqətə xidmət prinsipi: “Qanunla televiziya və çap mediasının yalan danışması, yalan məlumat yayması qadağan olunur. Yalan danışmağın səbəbi odur ki, mediada plüralizm və balans təmin olunmur. Azərbaycan mediası kütləvi şəkildə ölkədə çaşqınlıq yaradır, düzgün informasiyalar vermirlər, kanallara və qəzetlərə baxın, dediklərimi görəcəksiniz. O zaman qəzetlər və televiziyalar qapanmalıdır? Axı qanundakı dəyişikliklərin məntiqi bunu tələb edir”.

M.Əliyev Milli Məclis qarşısında tələb və təkliflə çıxış edib: “Parlament komissiya yaratsın və aparıcı mütəxəssisləri cəlb etsinlər. Araşdırılsın görək, KİV müvafiq qanuna riayət edirmi? Fakt budur ki, media qanuna riayət etmir. Siz hansı televiziyada müxalifəti, yaxud tənqid olunan opponentlərin cavablarını görərsiniz?

Yaxud ”Yeni Azərbaycan», “Səs”, “Azərbaycan” qəzetlərində plüralizm qorunur? Kim nə istəyir yazır. Bu, normaldırmı? Bir daha deyirəm, Azərbaycan KİV-lərində əsas pozuntu vətəndaşlara düzgün informasiya çatdırmamaqla bağlıdır, bu isə cəmiyyətdə çaşqınlıq yaradır və nəticədə doğru olmayan qərarlar çıxarılır». (Musavat.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev parlamentə layihə göndərdi: KİV qanunu sərtləşir

    İlham Əliyev parlamentə layihə göndərdi: KİV ...

    4-12-2014, 23:40

  • 
  • İqbal Ağazadə: «KİV haqqında qanun dəyişdirilsə, xarcidə deyəcəklər ki,..»

    İqbal Ağazadə: «KİV haqqında qanun dəyişdirilsə, ...

    16-12-2014, 22:53

  • 
  • Azərbaycan prezidenti “KİV haqqında” qanuna dəyişikliyi təsdiqləyib

    Azərbaycan prezidenti “KİV haqqında” qanuna ...

    2-11-2015, 15:35

  • 
  • Milli Məclis “KİV haqqında” qanunu dəyişdirdi

    Milli Məclis “KİV haqqında” qanunu dəyişdirdi ...

    16-12-2014, 21:24

  • 
  • KİV-ləri yalan informasiyaya görə məsuliyyətə cəlb edəcəklər

    KİV-ləri yalan informasiyaya görə məsuliyyətə ...

    4-12-2015, 18:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu