Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydası dəyişdirilir.
Milli Məclisdən “Trend”ə verilən məlumata görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.
Dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclisə Azərbaycan prezidenti təqdim edib.
Layihə dekabrın 16-da parlamentin iclasında müzakirəyə çıxarılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?