Müğənni Xatirə İslam dünən “Günaydın” verilişini yarımçıq tərk etməsinə aydınlıq gətirib.
gundemxeber.az-ın lent.az-a istinadən məlumatına görə, ifaçı sosial şəbəkədə yazıb ki, onu bu addım atmasına həmkarı Rüfət Axundovla sevgili həyatı yaşaması ilə bağlı iddialar səbəb olub: “İki gün əvvəl verilişlərin birində mənimlə Rüfətin eşq yaşamağı haqda sual verildi və mən də küsüb getdim. Çünki mən elə bir zirvədəyəm ki, hər çağırılan yerə getməməliyəm. O verilişə getməyə etiraz edirdim, çünki orada hər zaman qalmaqal olur. Qalmaqal artıq camaata keçmir, yeni bir şey fikirləşin. Xalq hamını tanıyır. Bakı balaca şəhərdir. İndi mən də sandığı açıb, deyim ki, kimin arvadı harada nə edir? Hansı aparıcı kiminlə sevişir? Onda xoşunuza gələr? Rüfət mənim qardaşımdır, məni tanıyan bilir. Bəzi saytlar da bunu işıqlandırır. Elə o verilişə də bu lazımdır da... Əcəb edirsiniz. Özümü dartmaq zamanı gəldi artıq. Reytinq qazanmaq üçün olmayan şeyləri yazmaq lazım deyil. Görün o biri verilişlər nə edir, siz də bir az ondan edin ki, sizə də baxsınlar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?