İlhamə xanım Azərbaycanın mədəniyyət tarixində iz qoyan müğənnilərdəndir. Əlbəttə ki, onunla bağlı verilişdə nəinki mən, digər müğənni dostlar da həyəcanlı idilər. Xüsusilə mənim kimi əvvəllər İlhamə xanımla incikliyi, həm də səmimi münasibətləri olan müğənninin həyəcanlanması təbiidir. Bu sözləri axşam.az-a müğənni Natavan Həbibi bildirib.
İfaçı "Bizimləsən" verilişində xalq artisti İlhamə Quliyevanı müdafiə etməsinin səbəbini açıqlayıb:
"Bunu şouya çevirmək və kimlərinsə gözündə saxta xal qazanmaq qəbul edilməzdir. İlhamə xanımla mənim aramda elə də dərin, bütün sərhədləri aşan incikliyim olmayıb. Aygün Kazımova Muğam Teatrında başına gələnləri və sonradan əli ilə İlhamə xanıma aş gətirib yedirtməyi yəqin unudub".
N.Həbibi A.Kazımova ilə məhkəmə prosesindən də danışıb:
"Aygün Kazımova mənim xeyrimə çıxan məhkəmə qərarını icra etməlidir. Qanunlara riayət olunmalıdır. Heç kəs qanundan üstün ola bilməz".
106.3 FM-də qonaq olan A.Kazımova da ad çəkmədən N.Həbibinin cavabını verib:
"Efirdə ad çəkmədən nəsə deyirsə, tamaşaçı başa düşür ki, o, kimə söz atır. Mənim elələrinə yazığım gəlir. Bir yaradıcı insan verilişə çıxanda aparıcı ona sənətindən yox, Aygün Kazımovadan sual ünvanlayırsa, o adam yazıqdır. Yaradıcılığı yoxdur. Allah onlara kömək olsun. Mən 2 saat efirdə olsam da, yaradıcılığımdan danışmağa vaxt yetmir. Mən səmimi olmuşam. Problemimi, xoş günümü tamaşaçıyla bölüşmüşəm".
Sorğu
Yeni dizaynımız necədir?