İsmayıllı rayonunda baş verən xalq üsyanı qonşu Göyçay rayonunda da təkrarlana bilər. Rayon sakinlərinin bir qrupu artıq bununla bağlı sosial şəbəkələr vasitəsi ilə təbliğata başlayıblar. Bu barədə rayon sakinlərindən biri redaksiyamıza məlumat verib. Onun dediyinə görə, əslində, hələ İsmayıllıda qiyam olan gün Göyçay rəhbərliyi əl-ayağa düşübmüş. İsmayıllıda toqquşmalar başlayandan dərhal sonra Göyçayın icra başçısı Mansur Məmmədovun göstərişi ilə bütün polis heyəti ayağa qaldırılıb, rayonda qeyri-rəsmi polis rejimi tətbiq edilib, strateji obyektlərin, rəhbər şəxslərin mülklərinin qarşısına polis postları qoyulub. İcra başçısının çox ciddi şəkildə əl-ayağa düşməsi səbəbsiz olmayıb, çünki o, rayondakı narazılığın pik həddinə çatdığını hamıdan daha yaxşı bilir. Mənbələrimiz iddia edirlər ki, Göyçayda əksər bahalı əraziləri – torpaq sahələrini icra başçısı və onun yaxın adamları zəbt ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?