Redaksiyamıza daxil olan məlumata görə ötən gecə Ağcabədi rayonunda gərgin vəziyyət yaranıb. Hadisələr Quba və İsmayıllıda olduğu kimi üsyan həddinə çatıb. Gərginliyin yaranmasına səbəb də elə bu rayonlarda olduğu kimi məmur özbaşınalığı olub. Qəzetimizə verilən məlumata görə bazar günü axşam saat 21:00 radələrində Ağcabədi rayonu mərkəzində Qaradolaq kəndindən olan bir qrup gənclə rayon pasport şöbəsinin rəisi Faiq İbrahimovun qardaşı oğlunun adamları ilə kütləvbi davası olub. Dava zamanı ciddi xəsarət alanlar da olub. Mənbəmiz davaya səbəbin adı çəkilən məmurun qohumunun Qaradolaq kəndindən olan cavanları təhqir etməsi olub. Onu da bildirək ki, həmin şəxs rayonda motel işlədir və mübahisə bu moteldə əxlaqsız əməllərlə məşğul olmaqdan yaranıb. Rayondakı mənbəmizin sözlərinə görə dava bitsə də əhali sakitləşməyib və gecə saatlarında yüzlərlə şəxs rayon mərkəzinə toplaşəb. Ətraf rayonlardan Ağcabədiyə əlavə polis qüvvəsi cəlb edilib. Rayon icra başçısı Şahin Məmmədov etirazçıların qarşısına çıxıb üzr istədikdən sonra əhali dağılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?