Son aylar DYP əməkdaşlarına qarşı zorakılığın sərgilənməsi ilə bağlı halların sayı artmaqdadır. Bütövlükdə Azərbaycan üçün xarakterik olmayan bu olayların bir neçə dəfə təkrarlanması maraqlı suallar doğurmaqdadır. Bu cür halların meydana gəlməsi, polisə qarşı aqressiyanın artması nə ilə bağlıdır? Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı hansısa araşdırma aparıbmı? Bununla bağlı Moderator.az-ın sualını cavablandıran BDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev polisə qarşı münasibətdə zorakılıq sərgiləyən şəxslərlə bağlı maraqlı fikirlər səsləndirib: “Bu cür hallar daha çox noyabr ayında müşahidə edildi. Həmin ay 3-4 bu cür olay yaşandı ki, bu bir təsadüf kimi də dəyərləndirilə bilər. Həmin olayların hər biri ayrı-ayrılıqda araşdırılıb və bu barədə ictimaiyyətə lazımi məlumat verilib. Bütövlükdə isə aparılan araşdırmalar göstərir ki, polisə qarşı aqressiv davranış sərgiləyənlərin bəzisi keçmiş məhbuslardır. Bundan başqa, bu insanlaırn çoxu narkorik və ya spirtli içkilərin təsiri altında olub. Hesab edirəm ki, baş verən xoşagəlməz hallar bununla izah oluna bilər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?