Bakıda narkotik alverçisi bu dəfə polisə "mal" satmaq istədi.
Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Xəzər rayonunda baş verib.
Polisə daxil olan məlumat əsasında Bakı sakini, 1980-cı il təvəllüdlü Ceyhun Məmmədovun marixuana satışı ilə məşğul olduğu bəlli olub. Polis əməkdaşlarından biri şərti alıcı kimi C.Məmmədovdan narkotik almaq istəyib.
Xəzər rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində Ceyhun Məmmədov 1,65 qram marixuananı şərti alıcı olan polisə 20 manata satarkən tutulub. Onun üzərinə baxış zamanı əlavə olaraq 7,34 qram marixuana götürülüb. Araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?