GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » AMİP sədri Yusif Bağırzadənin adı böyük biznes qalmaqalında hallanır

AMİP sədri Yusif Bağırzadənin adı böyük biznes qalmaqalında hallanır

Tarix: 21-12-2014, 19:55 Bölmə :Ölkə Baxış: 0
AAMİP sədri Yusif Bağırzadənin adı böyük biznes qalmaqalında hallanır

Analitik.az saytında «Bakı meriyasının «xeyir-duası» ilə «Planet Hall» torpaqları necə ələ keçirir?» başlıqlı (linki burada:http://analitik.az/index.php?lang=az§ionid=news&id=5324) məqalə dərc olunmuşdu. Yasamal rayonu Mətbuat prospekti 529-cu məhəllədə yerləşən qaraj sahiblərinin müraciəti və təqdim edilmiş sənədlər əsasında hazırlanmış yazıda «Planet Hall» MMC-nin Yasamal qəbiristanlığına bitişik ərazidə, sahiblərinin xəbəri olmadan, mövcud qarajların sökülməsini «qanuniləşdirən» məhkəmə qətnaməsinin çıxarılmasına necə nail olunmasından bəhs edilir.
1960-cı illərdən bu ərazidə qaraj sahibi olan şəxslərin təqdim etdyi sənədlərdən məlum olur ki, «Planet Hall» MMC Nərimanov rayon məhkəməsində Yusif Bağırzadə adlı şəxsə qarşı iddia qaldıraraq, bu şəxsin də qarajının olduğu 529-cu məhəllədə aparmağı planlaşdırdığı söküntü-tikinti işlərinə maneçiliklərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını tələb edib. Guya, ona kompensasiya təklif edilib, Yusif Bağırzadə isə razılaşmayıb, ona görə də söküntü-tikintini «qanuniləşdirmək üçün» məhkəmə qətnaməsi çıxarılmasına zərurət yaranıb. Məhkəmə 27.02.2013-cü il tarixli qətnaməsi ilə iddianı təmin edərək, nəinki Y.Bağırzadəyə, eləcə də bütün «digər fiziki və hüquqi şəxslərə» biznes-ticarət mərkəzinin inşası ilə əlaqədar söküntü-tikinti işlərinin aparılmasına maneçilikləri qadağan edib. Y.Bağırzadə məhkəmənin qətnaməsi ilə razılaşır, yalnız özünə kompensasiya verilməsini istəyir. Məhkəmə qətnaməsində isə nə Y.Bağırzadəyə, nə də «digər fiziki və hüquqi şəxslərə» kompensasiya verilməsindən heç söhbət də getmir. Nəhayət, 2014-cü ilin yayında icra məmuru əlində bildiriş 529-cu məhəlləyə gələndə 50-ə yaxın qarajın sahibləri olan «digər fiziki və hüquqi şəxslər» onlara «Planet Hall» MMC-nin məhkəmə qətnaməsi ilə «tələ qurduğunu» öyrənirlər.
Əslində, qaraj sahibləri düşünürlər ki, «Planet Hall» MMC-nin məhkəməyə müraciət edərək, onların əvvəllər tanımadığı Y.Q.Bağırzadə adlı şəxsə qarşı «söküntüyə mane olmamaq» tələbi ilə iddia qaldırması bilərəkdən qurulmuş işdir. Bəzi məlumatlara görə, «Planet Hall» MMC-nin cavabdeh kimi məhkəməyə verdiyi Y.Q.Bağırzadə də bu ərazidə söküntü işlərinin aparılmasında maraqlı şəxsdir.
Bu iddianın nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik. Araşdırma apardıqda isə digər maraqlı bir məlumat üzə çıxdı. Bu iş üzrə məhkəmə qətnaməsində adı keçən Bağırzadə Yusif Qəzənfər oğlu – keçmiş deputat, hazırda AMİP sədri olan Yusif Bağırzadədir. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş Y.Bağırzadə 2003-2006-cı illərdə MSK-nın üzvü olduqdan sonra bir müddət ictimai-siyasi həyatdan uzaq düşdü. 2010-cu ildə Milli İstiqlal Partiyasına üzv olan keçmiş deputat elə həmin vaxt AMİP-in sədri seçildi. 2010-cu ildə keçirilən parlament seçkilərində isə uğur qazana bilmədi.
Qaraj sahibləri Yasamal qəbiristanlığı ərazisində 0,57 ha torpaq sahəsi ilə bağlı mübahisə açan «Planet Hall» MMC-nin də AMİP sədri Yusif Bağırzadəyə aid olduğunu deməsi diqqəti çəkən məqamdır. Ola bilər ki, adıçəkilən MMC-nin direktorunun da keçmiş deputatla eyni soyadda olması belə düşüncələrə yol açır. Bu mülahizələri dəqiqləşdirmək üçün Y.Bağırzadənin özündən münasibət öyrənmək mümkün olmadı. Çünki AMİP sədri Analitik.az-ın əməkdaşının zənglərinə cavab vermədi.
Qeyd edək ki, Bakı şəhər Yasamal rayon icra hakimiyyəti başçısının 03.11.2008-ci il traixli sərəncamı ilə bu rayonun Mətbuat prospekti 529-cu məhəlləsində mövcud qarajların yerində 0,57 ha torpaq sahəsi «Planet Hall» MMC-ə ayrılıb. Bakı ŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27.10.2008-ci il tarixli məktubu ilə göstərilən ünvanda «Planet Hall» MMC tərəfindən biznes-ticarət mərkəzinin tikintisinə razılıq verilib.
Maraqlısı odur ki, qəbiristanlığa bitişik ərazidə 0,57 ha (57 sot) torpaq sahəsində biznes-ticarət mərkəzinin tikintisini planlaşdıran «Planet Hall» MMC-nin rəhbəri və ya sahibi bu məsələlərdə, ümumiyyətlə, yaxına gəlmir. Bir neçə ay əvvəl gələn şəxslər isə bu MMC-nin arxasında yüksək vəzifəli şəxslərin durduğunu deyiblər. Məhkəmə sənədlərindən isə «Planet Hall» MMC ilə Y.Bağırzadənin əks tərəflər olsalar da, «razılaşdırılmış çəkişməyə» girmələri qənaəti yaranır.
Hər halda, paytaxtda «Yasamal qəbiristanlığı» kimi tanınan ərazidə biznes-ticarət mərkəzi tikmək fikrinə düşən «Planet Hall»ın Y.Bağırzadə ilə əlaqəli olub-olmadığına yalnız AMİP sədri özü aydınlıq gətirə bilər. Mövzunu davam etdirəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • NASA Yer kürəsinə bənzər yeni planet kəşf etdi

    NASA Yer kürəsinə bənzər yeni planet kəşf etdi ...

    23-07-2015, 19:31

  • 
  • Yeni planet aşkar edildi

    Yeni planet aşkar edildi ...

    3-10-2018, 11:32

  • 
  • "Planet Parni iz Baku"nun daha bir aktyoru koronavirusa yoluxdu

    "Planet Parni iz Baku"nun daha bir ...

    16-06-2020, 16:13

  • 
  • Bakı Meri Yasamalda söküntü işlərinə başladı

    Bakı Meri Yasamalda söküntü işlərinə başladı ...

    20-08-2015, 15:42

  • 
  • “Planet Parni İz Baku” karantin qaydalarını pozduğuna görə cərimələndi

    “Planet Parni İz Baku” karantin qaydalarını ...

    12-09-2020, 11:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu