Avstriya hökümətinin başçısı bəzi Aİ ölklərinin Rusiya iqtisadiyyatını məhv etmə istəklərini tənqid edib. Aİ sammitinin növbəti günü Aİ Şurasının rəhbəri Donald Tusk Rusiyaya qarşı sanksiyaların davam etdirilməli olduğunu desə də, Avstriya kansleri Verner Fayman bu fikri dəstəkləmir. Məlumatı “Reuters” xəbər agentliyi yayıb.
“Mən bəzi Aİ ölkələrinin Rusiyaya qarşı olan bu davranışlarını anlamıram. Bayram etmək üçün də heç bir səbəb görmürəm. Anlamıram ki, Rusiya iqtisadiyyatının çökməsinin bizim üçün üstünlüyü nədir” deyə Fayman “Oesterreich” qəzetinə müsahibə verib.
Fayman sanskiyaları “özünü-müdafiə nöqteyi nəzərdən” dəstəkləsə də, növbəti baş verənlərə qarşıdır.
Aİ-nın sanksiyaları neftin qiymətinin düşməsinə də təsir edib. Bu da Rusiya hökümətinə iki qat zərbədir. Lakin Aİ ölkələri arasındakı fikir ayrılığı vəziyyəti stabilləşdirməyə imkan vermir.
Faymanın sözlərinə görə, Putin ilə son görüşündə Ukraynada sülhün bərpa olunması ilə bağlı müzakirə aparıb.
“Biz növbəti ildə neytral rolumuzda qalmalıyıq və sülhün əldə olunmasını çalışmalıyıq”, deyə o bildirib.
Sorğu
Yeni dizaynımız necədir?