İnsan hüquqları qrupları parlametin qəbul etdiyi yeni qanundan maliyyə böhranında narazılıqları azalmaq üçün bir vasitə kimi istifadə etdiyini deyir. Bu haqda “The Guardian” yazır.
Minlərlə insan bayraq yandırmaq və parlament qarşısında etiraz etmək hüquqlarının onlardan alındığı üçün etiraz aksiyasına başlayıblar.
Qəbul edilən yeni qanun tək insan hüquqları qruplarının deyil, həmçinin müxalif partiyalarının da etirazına səbəb olub.
Dekabrın 20-si ən böyük nümayişlər Barselona, Bilbao, Madrid, daha kiçikləri isə Almeria, Qranada və Valensiyada baş tutub.
Yeni qanuna əsasən polislərə qarşı etiraz və onların şəkillərinin yayılması təqdirində 30.000 avroya qədər cərimə edilməsi nəzərdə tutulub.
Parlament qarşısındakı etirazlara görə isə 600.000 avroya qədər cərimə nəzərdə tutulub. Polisə müqavimətə görə 600 avro, bayraq yandırmağa görə isə 30.000 avro cərimə ödəniləcək.
Bəzi etirazçılar – Afrikanın şimalı Keuta və Melilladan Avropaya keçid hüquqlarının alınmasından narazılıq edirdilər. Ümumilikdə, böyük nümayişlərin sonu sakitliklə başa çatdı.
Sorğu
Yeni dizaynımız necədir?