Azərbaycanda qanunsuz abort, şəxsi həyat toxunulmazlığı pozma, mənzil toxunulmazlığını pozma, insan alverində zərər çəkmiş şəxs haqqında konfidensionallığı, gizli məlumatları yazmağa görə cəzalar sərtləşdirilib.Milli Məclisin Bu gün keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib.Dəyişikliyə əsasən, xüsusi ali tibbi təsili olmayan şəxs abort edərsə o 360 saatdan 400 saatadək ictimai işlərə və ya 1 ilədək islah işlərinə cəlb olunacaq.Şəxsi həyatın toxunulmazlığını pozma, mənzil toxunulmazlığını pozma, insan alverində zərər çəkmiş şəxs haqqında konfidensionallığı, gizli məlumatları yazmağa görə isə 240 saatdan 480 saatadək ictimai işlərə və ya 1 ilədək islah işlərinə cəlb olunur.Dəyişikliyə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mövcud maddədə ictimai işlər olaraq 230 saat nəzərdə tutulur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?