Bu gün “Sədərək” ticarət mərkəzində fövqəladə vəziyyət yaranıb.
Axar.az-ın əməkdaşı xəbər verir ki, yarmarkanın girişində olan şlaqbaumlar işləməyib və əraziyə giriş saatlarla məhdudlaşıb. Məlumatada bildirilir ki, şlaqbaumların işləməməsi həm də tıxaca səbəb olub. Nəticədə alış-verişə avtomobili ilə gələn vətəndaşlar geri qayıtmalı olublar. Sürüclərin sözlərinə görə, şlaqbaumlarda nasazlıq yarandığı üçün giriş haqqı ödənilən qurğular da fəaliyyətini dayandırıb. Mühafizəçilər sürücülərdən pul almaq mümkün olmayacağını bildiyinə görə giriş qapılarını bağlayıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?