Son bir neçə ayda «Sədərək»də 400 dükan fəaliyyətini dayandırıb
Azərbaycanda iqtisadi böhran artıq iri ticarət mərkəzlərinin fəaliyyətində özünü göstərməyə başlayıb. “Azadlıq”a daxil olan məlumata görə, Bakının ən iri ticarət mərkəzlərindən olan “Sədərək” bazarı çökmək üzrədir. Məlumatda deyilir ki, icarədarlar bazarı tərk etməyə başlayıb.
Son bir neçə ayda bazarda 400 dükan fəaliyyətini dayandırıb. Məlumata görə, icarədarların bazarı tərk etməsinə səbəb alıcılıq qabiliyyətinin olmamasıdır. “Bütün günü bazarda otururuq, alver yoxdur. Qazanc yoxdur, amma yer pulu veririk. Olan-qalan pulumuz da yer puluna gedir. Ona görə də məcburuq dükanlarımızı təhvil verək”, – deyə “Sədərək”dən çıxan icarədarlardan biri qəzetimizə bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?