GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Siyasətin xəyanət simvolu - Fərhad Əliyev

Siyasətin xəyanət simvolu - Fərhad Əliyev

Tarix: 22-12-2014, 21:27 Bölmə :Ölkə Baxış: 0
Siyasətin xəyanət simvolu - Fərhad Əliyev

8 il "sürünərək” sındırılmış vəziyyətdə həbsxanadan çıxan sabiq nazirin siyasi intiharına aparan yola baxış
Fərhad Əliyev təxminin bir illik susqunluğa son qoydu. Ötən ilin prezident seçkilərində İlham Əliyevi dəstəkləməklə medianın gündəminə gələn sabiq nazir bu dəfə"Azərbaycan” qəzetində yer alan məqaləyə cavab verib. Sözügedən yazıda iddia olunurdu ki, 2005-ci ildə də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin rəhbərliyi ilə ölkədə dövlət çevrilişinə cəhd göstərilib: "Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar. Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və "hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələm-tələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu”.
Nə həbsdə nə də azadlığa çıxdıqdan sonra "Mən siyasi sifarişlə həbs olunmuşam, heç bir günahım yoxdur” bəyanatı verməyə cəsarəti çatmayan F.Əliyev məqalədə yer alan fikirlərə etiraz olaraq deyib: " Son günlər ABŞ-Azərbaycan əlaqələri təhlil edilərkən haqqımda deyilənlərə aydınlıq gətirməyi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə olan dəyişməz münasibətimi ifadə etməyi özümə mənəvi borc hesab edirəm. Öncə keçən il məni əfv etdiyinə görə cənab prezidentə bir daha öz minnətdarlığımı bildirirəm”.
Daha sonra 2005-ci ilin oktyabrında baş verən hadisələrə "ekskurs” edən sabiq nazir "özümü müdafiə etmək niyyətindən uzağam” desə də vədində səmimi olmadığını tez üzə çıxarıb: "Mən hansısa səfirin və ya diplomatın Azərbaycanda dövlət çevrilişi etmək imkanına malik olmasına inanmıram. Eyni zamanda dünyanın hər yerində lazım gələndə ən xırda məsələlərə münasibət bildirən Amerika kimi nəhəng dövlətin Azərbaycanda dövlət çevrilişi etmək istəyi barədə ittihamlara da cavab verməməsi təəccüb doğurur. Digər tərəfdən cənab prezidentin ABŞ-Azərbaycan əlaqələrinin inkişafı üçün göstərdiyi səylərin, daima mümkün olanın ən yaxşısını etməyə çalışmasının şahidi olduğumdan düşünürəm ki, ABŞ ölkəmizlə münasibətlərə diqqətlə yanaşmalıdır”. Bax belə. Bununla da Fərhad Əliyevin açıqlaması bitir. Kifayət qədər anlaşılmaz, təhlükəyə atılmadan özünüqoruma taktikasının növbəti uğursuz bu açıqlamaya fikir verməmək də olardı. Amma adamın nə qədər də "mən siyasətə qarışmıram” deməsinə rəğmən içindəki böyük iddiaları boğa bilməməsini görməyimiz mövzunu davam etdirmək qərarımıza səbəb oldu. Beləliklə, Fərhad Əliyevin suallarına öz həyat yolundan cavab veririk...
Kimdir o?
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi bəziləri qatı Əliyevçi, bəziləri məxfi inqilabçı kimi xarakterizə edirlər. Kifayət qədər ziddiyyətli, olduğu qədər də anlaşılmaz gedişlərlə yadda qalan Fərhad Əliyev müasir Azərbaycan tarixinin ən qalmaqallı nazirlərindən biridir. Bu şəxs 2005-ci ildə həbs olunmasına qədər siyasi karyerasının pik nöqtəsinə çatan, elə həmin zirvədən də "yıxılan” və düz 8 il sonra "sürünərək” sındırılmış vəziyyətdə həbsxanadan çıxan biri olaraq gözlərimiz önündədir. Onun haqqında nə demək olar: inqilabçıydımı, hakimiyyəti dəyişmək istəyirdimi, ya indi özünün dönə-dönə təkrarladığı kimi qatı əliyevçidir? Hər halda bunun heç birinin olmadığı düşüncəsindəyik, Fərhad Əliyev o qəbil insanlardandır ki, onda sadiqlik və ya yüksək ideallar uğrunda özünü təhlükəyə atmaq cəsarəti çatışmır. Bununla belə onun şəxsiyyəti geniş oxucu kütləsi üçün maraqlı olduğundan sabiq iqtisadi inkişaf nazirini yaxından tanımaq və tanıtdırmaq qərarına gəldik. Beləliklə...
Fərhad Şövlət oğlu Əliyev1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Əliyev Şövlət xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Bundan sonra ailənin bütün yükü anası Şövkət Əliyevanın üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb.
Fərhad Əliyev 1970-80-ci illərdə Cəlilabadın Alar kəndindəki orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra o, 1980-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna (ADİMİ) daxil olub və 1985-ci ildə ali məktəbi bitirib. Həmin ildən etibarən də Cəlilabad rayonunda əmək fəaliyyətinə başlayıb. 1985-87-ci illərdə sovet ordusunda müddətli hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib.
Ailəlidir. İki övladı var. Həyat yoldaşı S.Əliyeva Azərbaycan Tibb Universitetinin məzunudur.
Necə nazir olub?
Fərhad Əliyev 1985-90-cı illərdə o zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan Azərbaycan Respublikası Gənclər Təşkilatı Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
1990-97-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. O, 1997-ci ildən əmək fəaliyyətini dövlət aparatnda ticarət nazirinin müavini vəzifəsində davam etdirməyə başlayıb. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsinə təyin olunub. Bu vəzifədə çalışdığı illərdə Fərhad Əliyev özəl sektorun inkişafı, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, xarici ticarətin bütünlüklə liberallaşdırılması yönündə bir sıra ciddi işlər görüb.1999-2001-ci illərdə Dövlət Əmlak naziri vəzifəsində çalışıb.
2001-ci ildə mərhum prezident Heydər Əliyevin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazirliyin başçısı təyin olunub. Həmin vaxt onun belə bir yüksək posta gətirilməsində indiki prezident İlham Əliyevlə dostuq münasibətlərinin də həlledici rol oynadığı deyilir.
Kəmaləddin Heydərovla açıq qarşıdurma
Əslində onun iqtisadi inkişaf naziri postuna gətirilməsi hakimiyyət daxilində balanslaşdırma siyasətinin elementi kimi nəzərdən keçirilməlidir. Əsas hədəfi anti-inhisar olan sabiq nazir həyata keçirdiyi müəyyən islahatlarla iqtisadiyyatın idxaldan azad olunmasını, yerli məhsulların bazarlarda dominantlıq etməsini təmin edən addımlarıyla yadda qaldı. O zamanlar üçün "hamı yerli mal alsın, xeyir vətənə qalsın” kampaniyası bu gün də unudulmayıb. Bu həmin ərəfə idi ki, artıq Fərhad Əliyev uğurlarından gicəllənərək siyasi iddialara belə düşmüşdü. Onun o zamanlar Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışan Kəmaləddin Heydərovla açıq mübarizəyə girişməsi də məhz buradan qaynaqlanırdı. Hər halda o yaxşı anlayırdı ki, Kəmaləddin Heydərov problemini həll etmədən iddialarını təmin etmək çox çətin olacaq. Məhz elə bu baxımdan da Fərhad Əliyevin guya "islahatçı” olması haqda cəfəngiyyatın heç bir əsası yoxdur. Sadəcə olaraq, özü haqda belə bir imic yaratmaqla o özü və digərləri arasında "keyfiyyət fərqini” gözlər önünə sərməyə çalışırdı. Hər halda "demokrat” və "islahatçı” olmasının onu rüşvətxorluqda və korrupsiyada iştirakını əngəlləmirdi ki, bu da yuxarıdakı fikrimizi qüvvətləndirir. Unutmayaq, Fərhad Əliyev həbs olunduğu 2005-ci ildə Azərbaycanın ən varlı şəxsləri siyahısına düşməyi bacarmışdı. Bu isə onu "Azərbaycanın Saakaşvilisi” kimi təqdim edənlərə ən tutarlı cavabdır: O ənənəvi Azərbaycan korrupsionerlərindən biridir, vəssalam.
Qərb səfirliklərində gizli görüşlər; Fərhad Bisutun dağını yarır?
Fərhad Əliyev kimi siyasətdə təsadüfi parlayanların əksəriyyəti eyni səhvləri buraxır. Onlar bir qədər var-dövlət toplayandan sonra düşünürlər ki, elə bu rüşvət və korrupsiya piramidasınının başında dayanaraq hər şeyə nəzarət də edə bilərlər. Bəli, artıq 2003-cü ildən başlayaraq bizim qəhramanda da həmin xəstəliyin simptomları görünməyə başladı. Ətrafı bir ağızdan onun "möhtəşəmliyindən” dəm vurur, digər tərəfdən o özünü belə inandırıb ki, guya həqiqətən "islahatçı” nazirdir, digər tərəfdən isə Qərb səfirlikləri bu özündənrazı və dikbaş nazirlə maraqlanmağa başlayır. Hər halda Fərhad Əliyev persona kimi onlara maraqlı görünür. Və beləcə, sabiq iqtisadi inkişaf naziri tez-tez Qərb dövlətlərinin ölkəmizdəki səfirliklərində görünməyə başlayır. Bununla bağlı yayğın olan və həqiqəti əks etdirməyən versiya belədir ki, guya Qərb siyasi dairələri Fərhad Əliyevin timsalında yeni lider tapmışdı və onun hakimiyyətə gəlişi üçün çalışırdı. Yenə uydurma və cəfəngiyyat!!! Ən azından həmin dövrü xatırlayın; rejim həm Qərb, həm də Rusiya ilə tam anlaşma şəraitində idi və Azərbaycanda hakimiyyəti dəyişmək gücündə olan heç bir tərəf belə bir niyyətdə deyildi. Sadəcə olaraq, Qərb səfirləri bu cavan oğlanla maraqlanırdı, bu qədər....
"Narıncı röya” və diksinərək oyanma...
Fərhad Əliyevin həbs olunduğu 2005-ci ilin parlament seçkiləri ərəfəsini xatırlayaq. Ölkə müxalifəti hakimiyyət əleyhinə bu gün də nastalji ilə xatırlanan möhtəşəm müqavimət təşkil etməyi bacarmışdı. Çoxları hesab edirdi ki, Gürcüstanda və Ukraynada uğurla yekunlaşmış "narıncı inqilab”ın növbəti dayanacağı məhz Azərbaycan olacaq. Bütün ölkə narıncıya bürünmüşdü. Məhz belə bir ərəfədə Fərhad Əliyev daha bir səssiz jesti ilə diqqətləri üzərinə çəkə bildi: Nazir narıncı qalstukda görünməyə başladı. Bu artıq təcrübəsiz və iddialı nazirin hakimiyyətə aşkar şəkildə müharibə elan etməsi idi. Söhbət onun müxalifətə qoşularaq hansısa uğur əldə edə biləcəyi ehtimalından da getmirdi. Ən azından hakimiyyət texnoloqları kimlərlə necə anlaşdıqlarını və hakimiyyət dəyişikliyinin söz konusu olmadığını Fərhad Əliyevdən yaxşı bilirdi. Bununla belə, Fərhad Əliyevin buna qədər etdikləri və müxalifətlə təmaslar yaratmağa cəhd göstərməsi hakimiyyətin bütün qollarında birmənalı qarşılandı: XƏYANƏT.
Artıq hakimiyyətdə hətta bir-birinin qanını içməyə hazır olan ayrı-ayrı qruplaşmalar da Fərhad Əliyevə qarşı inanılmaz birlik içindəydi. Əsas söz sahibləri – Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və yenicə qüvvətlənən Paşayevlər xəyanətkarın cəzalandırılmasını tələb edirdilər. İndi onun həbsi an məsələsiydi.
Məşum 19 oktyabr: kabinetdə həbs
2005-ci il oktyabrın 19-da Fərhad Əliyev evindən çıxaraq işə gələndə bəlkə heç ağlının ucundan da keçirməmişdi ki, bu nazir kimi onun sonuncu iş günüdür. Çünki sonradan məlum olacaqdı ki, Fərhad Əliyevin həbsi kifayət qədər məxfi şəkildə planlaşdırılmış və bu plandan 5-6 nəfərdən başqa heç kəsin xəbəri olmamışdı. Hər kəs adi günlərdən birini yaşayacağını zənn etdiyi vaxt bir xəbər sakit səmada şimşək effekti yaratdı: FƏRHAD ƏLİYEV HƏBS OLUNDU!
Xüsusi təyinatlıların həyata keçirdiyi əməliyyat nəticəsində "nadinc nazir” öz xidməti kabinetindəcə həbs edildi. Həmin anda nazirin hansı hisslər keçirdiyini bilmək çox maraqlı olardı. O, bəlkə də bunun anlaşılmazlıq olduğunu düşünür və qollarını qandallayan zabitlərə nələrisə izah etməyə çalışırdı-kim bilir...Amma bu həbs onun düz səkkiz ilini aldı. Əvvəlcə sədaqətlə qulluq etdiyi, daha sonra əleyhinə çıxmaq istədiyi hakimiyyət onun "ömrünü tərbiyələndirdi”. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edildi. Daha iddialı nazir "ölmüşdü”, indi onun yerində sıradan bir dustaq vardı... Fərhad Əliyev "narıncı röya”dan diksinərək ayılmışdı...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Fərhad Əliyev dövlət çevirilişi ittihamına cavab verdi

    Fərhad Əliyev dövlət çevirilişi ittihamına cavab ...

    21-12-2014, 20:02

  • 
  • Hakimiyyət  Fərhad Əliyevə “yaşıl işıq” yandırdı

    Hakimiyyət Fərhad Əliyevə “yaşıl işıq” yandırdı ...

    12-05-2017, 21:44

  • 
  • Cəmil Həsənli Fərhad Əliyevlə əlaqəsindən danışdı

    Cəmil Həsənli Fərhad Əliyevlə əlaqəsindən danışdı ...

    21-01-2014, 17:28

  • 
  • Fərhad Əliyev 8 illik məhkumluqdan sonra ( FOTO)

    Fərhad Əliyev 8 illik məhkumluqdan sonra ( FOTO) ...

    9-10-2013, 16:02

  • 
  • Fərhad Əliyev səhhətindəki problemlərlə məşğuldur.

    Fərhad Əliyev səhhətindəki problemlərlə məşğuldur. ...

    19-11-2013, 11:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu