Hakimiyyətlə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin yolları təzədən qovuşub. Siyasi hakimiyyətdə yüksəlişi olmayacağı şərti ilə sabiq nazirə münbit biznes şəraiti yaradılıb. Təbii ki, bu da prezident İlham Əliyevin ona göstərdiyi şansdır.
Artıq Bakıda olan və zavod açan F.Əliyevin həyat yoldaşı da Tibb Universitetində işə götürülüb.
Sabiq nazirin xanımı Səbinə Əliyeva universitetin İnsan Anatomiyası şöbəsində 2015-ci ildən asistent vəzifəsində çalışır. Faktı unikal.org-a Tibb Universitetindən təsdiqləyiblər. S. Əliyeva 1991-1997- ci ildə Tibb Universitetinin Müalicə İşi fakultəsində təhsil alıb.
Azərbaycan müstəqillik illərində müntəzəm olaraq Qərbin ikili standartları ilə üz-üzə qalıb. Vaxt keçdikcə aydın olub ki, bu yanaşmanın kökündə müxtəlif xarici dairələrin, xüsusilə ABŞ-ın geosiyasi və strateji maraqları durur.
ABŞ-da bəziləri düşünürlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da Vaşinqtonun cızdığı çərçivədən kənara çıxmamalıdır. Yəni rəsmi Bakı yalnız tapşırıqlar yerinə yetirməlidir.
2005-ci ildə də ABŞ-ın səfiri Rino Harnişin rəhbərliyi ilə bu bədniyyətli ssenarinin Azərbaycanda reallaşdırılması istiqamətində addımlar atıldı.
Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar.
ABŞ-da yaşayan Rəsul Quliyevin və “hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı.
F.Əliyev həbs həyatından sonra əfvlə azadlığa çıxdı və biznesini xaricdə qurdu. İndi məlumatlar gəlir ki, Ərdoğanın xahişi ilə onun Azərbaycanda fəaliyyətinə icazə verilir.
Sabiq nazir özü də səhvini anlayıb və bilir ki, yalnız biznes maraqları reallaşa bilər. Onun xanımına iş verilməsi də təsadüfi deyil.
ABŞ-ın ikili siyasəti, təzyiq cəhdləri məhz bu məsələlərlə məhdudlaşmır. Vaşinqton Azərbaycanın həm regionda, həm də dünyada ikitərəfli əlaqələrini də idarə etməyə cəhdlər göstərir.
Hesab olunur ki, Azərbaycan region dövlətləri ilə, məsələn, Rusiya və İranla münasibətlərini məhz ABŞ-ın maraqlarına uyğun qurmalıdır.
Bu halda həmin ölkələrin dünya siyasətində çəkisi, regional və qlobal proseslərə təsir imkanları, Azərbaycanla ikitərəfli münasibətlərinin səviyyəsi, əhəmiyyətlilik dərəcəsi və digər bu kimi məsələlər nəzərə alınmır.
Əgər bu cəhdlər heç bir səmərə vermirsə, növbəti mərhələdə şantaj, təxribat və dezinformasiya kimi vasitələrdən istifadə olunur./ulus.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?