ABŞ-ın kəşfiyyatı mütəşəkkil dəstəni necə ifşa edib?
Bir neçə il öncə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində İrana nüvə yanacağı keçirən dəstə ifşa edilib. Lakin həmin dəstədən yalnız bir nəfər həbs edildi. Bu şəxs 1979-cu il təvəlüdlü Goranboy rayonun Sarov kənd sakini Tanırverdiyev İbrahim Hüseyn oğludur. Bu işlə bağlı istintaqı aparan MTN-nin dəstənin digər üzvlərini niyə məsuliyyətdən kənarda saxlaması isə bəlli deyil. Həmin məlumatda deyilirdi ki, dəstə üzvləri Dövlət Gömrük Komitəsinin əməkdaşları olub. Nüvə yanacağı İran ərazisinə Qazax rayonunun "Sınıq körpü" keçid məntəqəsinin ərazisindən keçirililrmiş. Bu məsələdən ABŞ kəşfiyyat orqanları xəbər tutub və dərhal dövlət başçısı İlham Əliyevi məsələ ilə bağlı məlumatlandırıblar. İlham Əliyev məsələ ilə maraqlandıqda isə yerli hüquq-mühafizə orqanları məlumatın yalan olduğunu iddia edib. Bu halda ABŞ-ın kəşfiyyat zabitlərindən biri Bakıya gəlib və Azərbaycan-İran sərhəddində "Uran" alverinin getdiyini faktlarla sübuta yetirib. Məhz bundan sonra MTN əməliyyata başlayıb və gömrükdəki həmin dəstə ələ keçib. Lakin qeyd edildiiyi kimi dəstənin bütün üzvləri məsuliyyətə cəlb olunmayıb. Bu dəstənin yüksək səviyyəli məmurlardan biri tərəfindən himayə olunması ilə izah edilir. Həmin məmurun kimliyi isə bəlli olmayıb. Bu iş isə istintaqdan gizli saxlanılıb. Hətta İbrahim Tanrıverdiyevin məhkəmə prosesi qapalı keçirilib. Redaksiyamıza İranla "Uran" alverinə görə bir neçə il əvvəl MTN-nin həbs etdiyi iş adamı ilə bağlı yeni ilginc məlumatlar daxil olub. Məlumatlara görə, milli təhlükəsizlik naziri Namiq Abbasov dönəmində həbs edilən iş adamı Fəxrəddin adlı şəxsdir. Bildirilir ki, Fəxrəddin hal hazırda "Glear" restoranının və o cümələdən Bakıda bir neçə otel tipli restoranlar şəbəkəsinin sahibidir. Bildirilir ki, "Glear"ın sahibi o zaman məsələni ört-basdır edilməsi üçün Namiq Abbasova 3 milyon dollar rüşvət vermək istəyib. Lakin Namiq Abbasovun göstərişi ilə Fəxrəddin və onun qardaşı Fikrət həbs edilib. Bir müddət MTN-nin təcridxanasında saxlanıldıqdan sonra qardaşlar nəmalum səbəblərdən azadlığa buraxılıblar. Məlumatlarda daha sonra qeyd edilir ki, qardaşlar təkcə İranla deyil Ermənistanla da "Uran" alveri ediblər. Proses isə bu cür aparılıb. Hər dəfə Fəxərddin Ermənistan ərazisində gürov qalıb. Fikrət adlı digər qardaş isə nüvə materiallarını Ermənistana tərəfə ötürdükdən sonra Fəxrəddin girovluqdan buraxılırmiş. Bunun müqabilində isə qardaşlar milyonlarla dollar vəsait əldə ediblər. Amma bu proses çox çəkməyib. ABŞ kəşfiyyatı kosmik peyk vasitəsilə Azərbaycan sərhədlərində "Uran" tipli nüvə materiallarının daşındığını müəyyən edib. Elə bundan sonra, o zaman MTN-nin rəhbərliyindən hesabat tələb edilib. MTN isə geniş əməliyyat tədbirləri həyata keçirib. Məlum olub ki, bu işin başında Fəxrəddin və Fikrət adlı qardaşlar dayanır. Deyilənlərə görə, hal hazırda "Glear" restoranı MTN-nin nəzarətindədir. Burda MTN bir sıra tədbirlər həyata keçirməklə yanaşı xüsusi xidmət orqanlarının əməkdaşarı və onların yaxın qohumlarının toy mərasimləri də keçirilir. Azər
Sorğu
Yeni dizaynımız necədir?