GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Generalların qoruduğu Feyziyevlər həbsin astanasında...

Generalların qoruduğu Feyziyevlər həbsin astanasında...

Tarix: 28-06-2016, 18:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 628
Generalların qoruduğu Feyziyevlər həbsin astanasında...

MTN-dəki şantajçı şəbəkənin himayə etdiyi “Clear” hoteli haqda tirajlanan faktlar və hüquq-mühafizə orqanlarının əlindəki dosye işi dönüş nöqtəsinə çatdırsa da, daha bir gizli əl onları qoruyur

Çovdarovla Quliyevin təlimatı əsasında ayrı-ayrı adamları şantaj etmiş hotel sahibləri dayaqlarını itirib və obyektin bağlana bilər; qardaşların ölkədən çıxışı da yasaqlanıb

Həbsdəki generallar tərəfindən vaxtilə himayə olunmuş hotel bağlanmaq üzrədir. İllərdir pritona çevrilmiş və generalların sayəsində fəaliyyət göstərmiş “Clear” hoteli hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

General Akif Çovdarov və Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyevin təlimatları əsasında xidmət göstərmiş bu hotel artıq dayaqlarını itirib. Son aylarda bu obyekt barəsində yayılan xəbərlər belə deməyə əsas verir ki, “Clear” fahişəxana kimi istifadə olunub.

Hotelin adı dəyişir?

MTN-nin ləğvi və generalların həbsindən az sonra adıçəkilən hotel haqda sensasion xəbərlər meydana çıxıb. Məlum olub ki, Çovdarov və Quliyevin havadarlığı ilə işləyən hotel pritona çevrilibmiş. Üstəlik, yüksək çinli məmurların şantaj olunması, onların seks kasetlərinin əldə edilməsi üçün kameralar yerləşdirilib.

Bu hadisələrin yekunu və hotelin adının mediada hallanması artıq hüquq-mühafizə orqanlarına araşdırma aparmağa zərurət yaradıb. Bakının başqa hotellərinin deyil, məhz “Clear”ın adının bu işlərdə çəkilməsi təsadüfi deyil. Belə ki, MTN-dəki dəstə ilə əməkdaşlıq edən Fikrət və Fəxrəddin Feyziyevlər onların tapşırıqlarını can-başla yerinə yetiriblər.

İki qardaşın açdığı hotel təyinatı üzrə deyil, ayrı-ayrı şəxsləri ifşa, şantaj etmək funskiyası üzrə fəaliyyət göstəribmiş. Bütün bu detallar barədə kifayətə qədər mətbuatda xəbərlər tirajlanıb. Lakin “Gündəm-xəbər”in əldə etdiyi ən son xəbərlər var.

Redaksiyamıza verilən özəl xəbərlərə görə, “Clear” hotelinin bağlanması ehtimalı yüksəkdir. Ancaq Feyziyev qardaşları çalışır ki, obyekt əldən çıxmasın. Onların təklifi ondan ibarətdir ki. hotel müvəqqəti işini dayandırsın, ardınca başqa adla fəaliyyətini bərpa eləsin.

Bununla həm mətbuatın diqqət mərkəzindən sivişmək mümkün ola bilər, həm də hüquq-mühafizə orqanlarının araşdırmalarına zərurət yaranmaz. Eyni zamanda gələn məlumatlarda

bildirilir ki, Feyziyev qardaşlarının MTN-dəki şəbəkə ilə əlaqələrinin olması haqda detallı faktlar var və onların həbsi də istisna olunmur.

Ölkədən çıxışa yasaq

Mənbənin “Gündəm-xəbər”ə verdiyi məlumatlara görə, “Clear” hotelində yerləşdirilən kameralar hesabına illərlə mnüxtəlif imkanlı adamlar, məmurlar şantaj olunub.

Qadınlarla birgə olan kadrların müxtəlif ünvanlara təqdim olunacağı təhdidi böyük pullar qazandırıb. Təbii ki, Feyziyevlər bu işləri özbaşına həyata keçirə bilməzdi. Məhz Elçin Quliyev və Akif Çovdarov tandeminin dəstəyi Feyziyevlərə arxayınçılıq verib.

Qaynağımız qeyd edir ki, Feyziyevlər ölkədən çıxmaq üçün cəhd göstərib. Ancaq hotellə bağlı araşdırmalar getdiyi üçün onların Azərbaycandan çıxışı da qeyri-rəsmi yasaqlanıb.

Mənbənin sözlərinə görə, hotel sahiblərinin Azərbaycandan kənarda müalicə olunduğu haqda iddialar səslənsə də, reallığı əks etdirmir. Çünki “Clear” araşdırması Feyziyevlərin xaricə getməsini qadağan edib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir çox hotellərin MTN-dəki cinayətkar dəstə ilə əməkdaşlıq etdiyi barədə məlumat vermişdik. Xüsusən də imkanlı müştərilər artıq qorxularından hotelə gəlmirlər. Ona görə ki, hoteldə gizli şəkildə çəkilişin aparıldığından şübhə edirlər.

Bundan əlavə isə Fikrət Feyziyevin oğlanları Elvin və İslamın bahalı avtomobillərinin fotolarının yayılması isə işləri daha da korlayıb. İstintaq qısa müddətdə bu qədər maddi imkana sahib olmasını müəyyənləşdirməyə çalışıb. Ortaya nələrin çıxdığı isə hələlik açıqlanmır.

Çovdarovun həbsindən sonra dayaqlarını itirmiş Feyziyevlər təzə himayədar axtarışına da çıxıblar. “Gündəm-xəbər”ə daxil olan bəzi iddialara görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi general-mayor Şərif Əsədullayevin nəzarətinə keçiblər. Bu ehtimalın nə dərəcədə dəqiq olduğu açıqlanmır.

Əsədullayevlər Feyziyevləri qoruyur?

Bildirilir ki, general və oğlu Tamerlanın hotellə əlaqələri var. Bu əlaqələrin nədən ibarət olduğu təfsilatı ilə açıqlanmasa da, Tamerlanın hotelə gəlib-getdiyi iddia olunur. Əsədullayevin oğlu ölkədə qeyri-adi hərəkətlərilə ad çıxarıb.

O, “Qış parkı”nın yaxınlığında polisləri döydüyünə görə gündəmə gəlmişdi. Bunun ardınca isə ötən il “Senator” restoranında dava-dalaş salmaqda və həmin insident zamanı bir nəfəri bıçaqlamaqla ölkə gündəmini zəbt etmişdi.

İddialara görə, sözügedən şəxslərin adı hələ 2009-cu ildə MTN tərəfindən həyata keçirilmiş əməliyyat zamanı üzə çıxıb. Belə ki, İrana Azərbaycan üzərindən külli miqdarda nüvə yanacağı keçirən dəstə yaxalanır.

Onlardan biri 1979-cu il təvəlüdlü Goranboy rayonunun Sarov kənd sakini Tanrıverdiyev İbrahim Hüseyn oğlu olur. Məlumatda deyilir ki, nüvə yanacağı İran ərazisinə Qazax rayonunun “Sınıq körpü” keçid məntəqəsinin ərazisindən keçirilirmiş. Azərbaycan-İran sərhədində uran alverinin getdiyi faktlarla sübuta yetirilib.

Məlumatlara görə, həbs edilən dəstənin üzvlərindən biri də Fəxrəddin adlı iş adamıdır. O da iddia olunur ki, Fəxrəddin və onun Fikrət adlı qardaşı təkcə İranla deyil, Ermənistanla da uran alveri ediblər. Maraqlı məqamlardan biri də odur ki, «Clear» hotel təkcə bu məsəlləyə görə deyil, həmçinin qadın alverində də adını hallandırır.

Qiymətlər, şantaj və uran işi

Məlumatlarda vurğulanır ki, əvvəllər bir gecəsi 70 manata verilən otaq hazırda 90 manata müştəriyə təklif olunur. VİP otaqların qiyməti isə 150 manata kimi qalxıb. Və bura müştərilərin tək daxil olmasına da qəribə baxırlar. Çünki sözügedən hotel yalnız intim xidmətlər üçün «ixtisaslaşıb».

Məlumatlarda o da qeyd olunur ki, hotel rəhbərliyinin müştəri sarıdan korluq çəkməməsinin səbəbi, həm də bir başqadır. İddialara görə, Fəxrəddin və Fikrət adlı qardaşların müştəriləri gizli kamera ilə çəkərək, əllərində «silah» kimi saxlayırlar.

“Clear”ın sahibləri həmçinin Masallıda da eyni təyinatlı otel inşa etdiriblər. Hətta bu yaxınlarda DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həmin obyektdə əməliyyat keçirdikləri də vurğulanır. Lakin müəmmalı səbəbdən həmin obyekt əməliyyatdan sonra da fəaliyyətini davam etdirir.

Bəzi yüksək çinli məmurların belə burada Mahmudov-Çovdarov şəbəkəsinin qurbanına çevrildiyi gələn məlumatlar arasındadır. Bu məsələdə 2009-cu ildə baş verən hadisənin də rolu olduğu bildirilir. Belə ki, qardaşlar MTN tərəfindən yaxalandıqdan sonra cinayətkar qrupun pis işlərinin icraçısına çevriliblər.

Azərbaycanda fəaliyyət göstərən əksər otellərlə bağlı problemli məsələlərin olduğu inkar edilmir. Motellər, onlardan bir qədər fərqli otellərdə qadın alverinin aparıldığı, hatta azyaşlı qızların cinsi istismara cəlb edilməsi də «norma»ya çevrilib. Aydın məsələdir ki, bununla bağlı aparılan mübarizə yetərli səviyyədə olmadığından belə obyektlərin sayı da sürətlə artmağa başlayıb.

Deputatı Feyziyevlərə nə bağlayır?

Hotelin admnistrasiyasının başına maraqlı bir şəxs gətirilir. Fuad adlı şəxsə verilən görəv daha geniş olur. Bütün işlər ona həvalə edilir. Həmin Fuad bu gün də işinin başındadır. Onun ABU-nun müəllimi olduğu, keçmiş rektor Elşad Abdullayevlə yaxşı münasibətlərə malik olması ilə yanaşı, həm də maliyyə işlərinə nəzarət edən biri kimi təqdim edildiyi də məlumatlar sırasında var.

Belə bir fiqurun «Clear»a admnistrator gətirilməsinin konkret hansı səbəblərinin olduğu isə kimsəyə məlum deyil. Böyük ehtimalla Fuadın geniş əlaqələri var və eyni zamanda, müştəri potensialı da böyükdür.

Aydın məsələdir ki, Akif Çovdarova «Clear» kimi məkanlar lazım idi. Ona görə ki, imkanlı adamların öbvladları, hətta özlərinin də mütəmadi olaraq baş vurduqları bu hoteldə gizli çəkilişlər aparmaqla, böyük qazanclar əldə edəcəkdi.

Çovdarov başllarına torba keçirilmiş qardaşları MTN-ə gətirir və orada razılama əldə olunur. Həmin müddətdən sonra bütün otaqlara gizi kameralar yerləşdirilir və aktiv çəkimlərə başlanılır. Bu çəkilişlər sayəsində Çovdarovun əlinə xeyli «yemlər» düşür. Və «Clear»da başını bəlaya salanlar mütəmadi olaraq, MTN generalının «bığının altından» keçməli olurlar.

Amma ortada başqa bir iddia daha var. Bu dəfə də söhbət civə alverindən gedir. Sadəcə, qardaşlarının yeni «patron»ları olduğu qeyd edilir. Yayılmış məlumatlarda vurğulanır ki, civə məsələsində qardaşların şəriki kimi adı çəkilən şəxs deputatdır. Ağalar Vəliyevin uzun illərdən bəri bu işlə məşğul olduğu deyilir. Onu da qeyd edək ki, bununla bağlı mətbuatda da çeşidli xəbərlər yayılmışdı.

Deputatın köməkçisi Duman adlı şəxs mətbuata verdiyi açıqlamasında qeyd etmişdi ki, borclu olduğu şəxslərin pulunu ödəyə bilməmələrinin səbəbi əllərindəki bütün maliyyəni xaricdən civə alınmasına sərf etmələridir.

Həmin vaxt məsələ qapadıldı və deputat maksimum dərəcədə məlumatın yayılmasını önlədi. Əks təqdirdə, bu etiraf kifayət qədər skandala səbəb ola bilərdi. Son məlumatlara görə, Fikrət və Fəxrəddinin civə məsələsindəki patronları elə Ağalar Vəliyevdir. Onun “Clear”da hansı paya sahib olması barədə heç bir məlumat olmasa da, işin bir ucunun hotelə qədər uzanacağı güman edilə bilər.

Düzdür, Vəliyev böyük bizneslə məşğuldur və onun «Abşeron Kristal» şirkəti tikinti sektorunda ciddi layihələrə imza atmaqdadır. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Priton" kimi fəaliyyət göstərən "Clear" hoteli virus çəlləyinə çevrilib

    "Priton" kimi fəaliyyət göstərən ...

    20-08-2015, 21:33

  • 
  • Akif Çovdarovun gizli çəkiliş apardığı hotellər - Siyahı

    Akif Çovdarovun gizli çəkiliş apardığı hotellər - ...

    26-02-2016, 16:02

  • 
  • YAVƏR CAMALOVUN HOTELİ ƏSLİNDƏ ƏXLAQSIZLIQ YUVASIDIR?

    YAVƏR CAMALOVUN HOTELİ ƏSLİNDƏ ƏXLAQSIZLIQ ...

    25-02-2016, 16:52

  • 
  • Razim Məmmədovun milyonluq villaları və yeni hoteli

    Razim Məmmədovun milyonluq villaları və yeni ...

    1-08-2014, 01:16

  • 
  • Misir Mərdanovdan ““Olimpik Hotel”-AÇIQLAMASI

    Misir Mərdanovdan ““Olimpik Hotel”-AÇIQLAMASI ...

    24-07-2013, 13:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
Aposte no cassino online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu