Müharibə hazırlığı, yoxsa “Bakı-2015 ilk Avropa Oyunları”na hazırlıq?
Xidmətdə olan hərbi qulluqçulara 2015-ci ilin mart ayına qədər məzuniyyət hüquqlarından istifadə etmələri tövsiyə olunub. Hərbi qulluqçulara bildirlib ki, mart ayından sonrakı 3 ay ərzində bu hüquqlarından istifadə məhdudlaşdırılacaq. Bu xəbərdarlığı müharibə hazırlıqlarına başlanılması kimi dəyərləndirənlər də var. Məsələyə aydınlıq gətirmək üçün Müdafiə Naizrliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən belə bir məhdudiyyətin olmadığını bildirdilər. Məhdudlaşdırmanın 2015-in iyununda Bakıda baş tutacaq “Bakı-2015 Avropa Oyunları” ilə əlaqəli olduğu da gələn məlumatlar sırasındadır. Qeyd edək ki, oyunların açılış mərasimi 2015-ci il iyunun iyunun 12-də, bağlanış mərasimi isə 28 iyun tarixində keçiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?