Sabah Azərbaycanın dağlıq rayonlarında qar yağacağı gözlənilir
Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gecə arabir 23-28 m/s-dək güclənəcək, günün ikinci yarısında mülayimləşəcək. Temperaturun gecə 3-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 25-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Temperatur gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 3-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?