Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Salyan Rayon Prokurorluğundan "Xəzər Xəbər"ə verilən məlumata görə, dekabrın 22-də saat 23.30 radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində - Salyan rayonu ərazisində Salyan rayon sakinləri - 1984-cü il təvəllüdlü Əsgərov Rauf Ramil oğlunun idarə etdiyi “VAZ 2106” və Mehdiyev Elşad Qəmbəralı oğlunun idarə etdiyi “Toyota-Prado” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində VAZ-da olan sərnişinlər - Salyan rayonu Xələc kənd sakini, 1980-ci il təvəllüdlü İsayev Vüqar Mehman oğlu və Salyan rayon Kürkənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Elmar Bəyoğlan oğlu hadisə yerində ölüblər.
Ağır bədən xəsarətləri alan VAZ-ın sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?