Bu gün Ələt-Astara yolunun 21-ci km-də ölümlə nəticələnən ağır yol-nəqliyyat hadiəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun verdiyi məlumata görə, Neftçala rayonunun Mayak kənd sakini 26 yaşlı Cavadov Natiq Vidadi oğlunun idarə etidiyi ”Mercedes” markalı minik maşını ilə maye qaz daşıyan yük maşını toqquşub.
Hadisə nəticəsində “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Avtomaşında olan sürücünün anası - 59 yaşlı Cavadova Mələknisə Həsənbala qızı isə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra səhhəti qənaətbəxş olduğu üçün evə buraxılıb.
Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?