GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təhsilimizdə təhsilə “cəzbetmə” metodu Və ya terminoloji anlayışların fərqinə varmayan təhsilimiz

Təhsilimizdə təhsilə “cəzbetmə” metodu Və ya terminoloji anlayışların fərqinə varmayan təhsilimiz

Tarix: 24-12-2014, 02:02 Bölmə :Ölkə Baxış: 0
Təhsilimizdə təhsilə “cəzbetmə” metodu  Və ya terminoloji anlayışların fərqinə varmayan təhsilimiz

Belə gorünür ki, ötən hər ilimiz, ayımız və günümüz, sıradan olan hər hansı bir tədbirimiz, təhsilimiz və onun mövcud durumu ilə bağlı iradlarsız və qarşılıqlı ittihamlarsız ötüşməyəcək.

“Elmin bugünkü problemlərinin həlli üçün biz, sözsüz ki, üzümüzü orta məktəbə tutmalıyıq... orta məktəb müəllimləri bəlkə də hamıdan gözəl başa düşürlər ki, bu informasiya məkanında uşaqları düzgün təhsilləndirmək üçün onlara ilk növbədə hansı isə biliklər toplusunun yox, həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq qabiliyyətini aşılamaq lazımdır”.Bu sözləri AMEA prezidenti orta məktəblərə yönəlik tənqidi çıxışında deyib.

Təhsil Naziri isə son dövrlərdə ali məktəblərin fəaliyyət istiqamətlərinə dair fundamental və elmi araşdırmaların aparılmasının obyektiv və subyektiv səbəblər üzündən ikinci plana keçməsindən şikayətlənib: “Bir çox ali məktəblərdə elmi yaradıcılıq fəaliyyəti müasir elmin tələblərinə uyğunlaşmır,elm və tədrislə elm və istehsal arasında əlaqə mövcud deyil. Alimlər təkcə ali təhsil üzrə kifayətlənməməli, təhsil proqramlarının, kurikulumların təkmilləşməsinə, müasir dərslik və tədris resurslarının yaradılmasına öz töhfəsini verməlidir”.

Bir müddət öncə isə PA rəhbərinin “hazırda Azərbaycan universitetlərinin heç birində təhsilin keyfiyyəti qiymətləndirilmir və yüksək ixtisaslı mütəxəssis hazırlığından danışmaq qeyrı mümkündür” mesajı verməklə yaranmış vəziyyətin acı mənzərəsinə diqqət çəkmiş, hakimiyyətin əsas aparıcı simalarından olan şəxs kimi administrasiya başçısının dedikləri media tərəfindən mövcud durumun yüksək səviyyədə etirafı kimi dəyərləndirilmişdi.

Bir daha şahidi oluruq ki, təhsilimiz həqiqətən müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin “laboratoriya mərkəzinə” çevrilib. Bir zamanlar ixtisaslı kadr hazırlığı ilə yanaşı həm də ciddi elmi araşdırmalar, sanballı tədqiqalar aparan institutlarımız universitetlərə çevrildikdən sonra kəsə və loru dildə desək həm Əli aşından olub, həm Vəli.

Paradoksa diqqət yetirin.Ölkəmizin ildən-ilə inkişaf etməsi, beynəlxalq nüfuzunun artması, dünyanın ən rəqabət qabiliyyətli ölkələri sırasına daxil olması, regionun iqtisadi cəhətdən ən inkişaf etmış ölkəsinə çevrilməsi fonunda, universitetlərimiz nüfuzlu beynəlxalq reytinqlərin “3 minlik” siyahısına belə düşməkdə problem yaşayir. Biz isə cəmi 30 ölkəni əhatə edən “QS” agentliyinin Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali məktəblərinin yeni reytinqində üç universitetimizin yer alması və 100 ali məktəb arasında son 71-80-cı yerlərdə qərarlaşması ilə özümüzə təsəlli tapırıq.

Nəyə görə iqtisadi gücləri üst-üstə topladıqda Azərbaycanın gücü qədər olmayan ölkələr bizdən qabaqda olmalıdır?.Bu suala nəhayt cavab tapılmalıdır ya yox? Nəvaxtadək məlumu naməlum kimi təqdim edəcəyik? Təhsil elmsiz, elm təhsilsiz ola bilməz deyə-deyə təhsilimizin həm eninə həm də dərininə inkişafında ortaq məxrəci tapa bilməyəcəyik ?

Yaşlıları demirəm, orta yaşlı nəsil belə xatırlamamış olmazlar ki, çox da uzaq olmayan Sovet dönəmində alış-veriş etmək üçün ixtisaslaşmış mağazalar və bir də univermaq olduğu kimi, ali təhsil almaq üçün də institutitutlar, bir də universitet fəaliyyət göstərirdi. Ayrı-ayrı mağazalarda təyinatına uyğun olaraq ərzaq, qalantereya ya da sənaye və ya təsərrüfat malları satılardı. Univermaqlar isə universallığı ilə seçılərdi. Yəni anlayışlara uyğun mahiyyət fərqi də vardı.Eyni prinsiplər təhsil müəssisələrinə də şamıl edilirdi. İnstitutlar tələb-təklif prinsipi əsasında xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadr hazırlığını həyata keçirməli,universitet ali təhsilin bütün səviyyələri üzrə geniş spektlı mütəxəssislər yetişdirməli, akademiya isə öz növbəsində fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi funksiyasını daşıyırdı.Bəlkə də Sovet dövründə yaranan elmi baza, yetişən kadrlar müstəqillik dövründə bizə kadr böhranı yaşamağa qoymadı. Sadəcə olaraq o dövrün Pedaqoji institutunun buraxdığı müəllim kadrları ilə indiki müvafiq profilli universitetlərin kadrlarını müqayisə edin.

Əlbətdə razilaşmaq olar ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçid balını 150-yə endirməsi məcburi addımdır və yaranmış vəziyyəti tənzimləmək üçün əl atdığı son çıxış yoludur. Dövlət qurumunun məlum qərarına görə onu qınamaq ədalətsizlik olardı. Çünki, boş qalmış vakansiyalar təkcə iş yerlərini itirəcək minlərlə müəllimdən deyil, eyni zamanda, o sahədə gələcək ixtisaslı kadrlardan da məhrum olmaq deməkdir. Digər tərəfdən 150 ballıq tələbədən hansı mütəxəssis yetişdirməyin mümkünlüyünü təsəvvür etmək o qədər də çətin deyil.Bu, mənim subyektiv fikrim olmayıb, artıq cəmiyyətdə formalaşmış ictimai rəyin danılmaz bir nümunəsidir.

Universitetləri bitirən “diplomçularımızın” işə düzəlməyi, özlərinə gələcək karyera qurmaları üçün hansı məşəqqətli yollardan keçməsi - əlavə kurslara, təlimlərə, treninqlərə müsabiqə və imtahanlara məruz qalması isə başqa mövzunun söhbətidir.

Zaman dəyişdikcə mağazaların universamlara, marketlərə çevrildiyi kimi bütün institutların da universitet və akademiyalara çevrilməsi zamanın tələbi idi, yoxsa zamanı qabaqlamaq istəyi? Bəlkə, beynəlxalq təhsil sisteminə inteqrasiya maraqları bizi qabaqlayıcı tədbirlərə əl atmağa sövq edib? Bəlkə zənn etmişik ki,təhsilimiz də ölkəmizin iqtisadi inkişafına adekvatdır ? Əgər beynəlxalq inteqrasiyaya istinad ediriksə dünya təcrübəsində Kaliforniya Texnologiya institutu, Stokholm Kral Texnologiya institutu, Kiyev Politexnik institutu Tbilisi Dövlət İdarəetmə institututu, Daşkənd Dövlət Hüquq institutu kimi yüzlərlə institut bu gün də öz əvvəlki statusunda fəalyyətini davam etdirir. Deyək ki, Norveçdə 6 universitet olduğu halda 25 institut mövcuddur.Qonşu Gürcüstanda isə 26 dovlət ali məktəbindən yalnız 8-i universitetdir.Çexiyada ancaq elmlər namizədi və doktorlar hazırlayan ali məktəblər universitet adlanır.

Universitetlərin tarixi ilə az-çox maraqlananlar bilməmış deyillər ki, Avropada 425-ci ildə yaradılan ilk ali təhsil müəssisəsi Konstantinopol universiteti yalnız 848-ci ildə bu statusu alıb.1636-cı ildə kollec formasında fəaliyyətə başlayan Harvard universiteti isə müxtəlif illər boyu müxtəlif fakultələr açmaqla və təkamül yolu ilə yalnız 200 ildən sonra universitetə çevrilib.

Daim ən nüfuzlu reytinqlərin “onluğunda” birincilər sırasında qərarlaşan, kompyuter və robot texnologiyaları mərkəzi, elm və texnika lideri, 75 Nobelçi məzunu olan Massaçusets institutu ənənəsinə sadiq qalaraq bu günümüzədək institut adlanir.

Əgər nəzərə alsaq ki, institut ( latınca “institutum”) müəssisə, təsisat anlamina gəlib, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, universitet ( latınca “universitas”) toplu, məcmu mənasını verən mütəxəssis hazırlığı ilə yanaşı, həm də əlavə təhsil proqramlarını həyata keçirən çoxprofilli aparıcı ali təhsil müəssisəsi, akademiya (yunanca “akadema”) elmi təşkilat, cəmiyyət olaraq fundamental və tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidirsə, deməli bunların hər birinin təyinatı da fərqlidir.

Biz 15 illik fasilədən sonra qəbul etdiyimiz Təhsil haqqında Qanunda istifadə olunan anlayişların mənalarını ifadə edərkən 1.0.4.(akademiya), 1.0.25. (institut),1.0.53.( universitet ) bəndlərinin mahiyyətini sanki bilərəkdən eyniləşdirərək, hər üç müəssısəyə eyni şərtlər və tələblər – ali təhsilli mütəxəssis hazırlığı, əlavə təhsil proqramlarını həyata keçirmək, elmi tədqiqatlar aparmaq səlahiyyətləri verərək məqsədindən, vəzifəsindən, maddi texniki bazasından, kadr potensialından asılı olmayaraq istənilən fəaliyyət göstərən və yeni yaradılan müəssisəyə istənilən adı və statusu seçməyə şərait yaratmışıq.

Biz də ki, (göz dəyməsin) epitet,yarlıq,...etiketka həvəskarı kimi Harvard, Oksford, Kembric, Priston Universitet olduğu halda, misal üçün “Təfəkkür”, “Asiya”, “Biznes” niyə institut olsun deyib, daha “aktual” səslənən adı seçmişik. Çox güman ki, Boloniya prosesinin iştirakçısı olmaq da işimizə yarıyib. Bu zaman əhəmiyyət vermədiyimiz bəlkə də xəbərsiz olduğumuz bir detalı nəzərə almamışıq ki, Boloniya (1088), Oksford (1117), Kembric (1209), Sorbonna (1215), bugünki tariximizə nisbətən yaxın olan Harvard (1636), Lomonosov adına MDU (1755) və digər adını çəkmədiyimiz universitetlər bu adı almaq və bu nüfuzu qazanmaq üçün çox əsrlik bir yol keçiblər. Zaman-zaman hektarlarla əraziyə sahib olublar, özlərinə müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi-tələbə şəhərciyi (kampus) yaradıblar,elmi-tədqiqat institutları,kollecləri, elmi laboratoriyaları, qapalı yataqxanaları, fundamental kitabxanaları,arxivləri, nəşriyyatları, muzeyləri, herbariləri, botanika bağları, yaxt klubları, tələbə teatrları,yaradıcılıq mərkəzləri, dərnəkləri olub,hər tələbəyə tyutor xidməti göstərilıb və s.

Heç bir maddi-texnika bazaya, müvafiq infrastruktura, adi yataqxanaya belə malik olmayan, pedaqoji personalı qohumlardan və yaxınlarından ibarət olan, tədris korpuslarını arenda əsasında icarəyə götürən “ailə universitetləri” açmağa, bir müddət sonra isə bəzilərini bağlamağa, digərlərini isə necə bağlamaq yolunu tapmaq üçün baş sındırmağa ehtiyac var idimi? Bütün mövcud institutları ucdantutma universitetlərə və akademiyalara çevirməyə hazır idikmi?

Belə çıxır ki seçdiyimiz yol təhsil vermək yolu deyil, təhsilə cəlb etmək yolu da deyil, cəzbetmə yolu olub.

İndi də dövlət və özəl universitetlər azmış kimi, Milli universitetlər yaratmaq sevdasına düşmüşük.Bütün ali məktəblər-istər özəl olsun, istərsə də dövlət məktəbləri, keyfiyyətli təhsil vermə imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətinin potensialına görə iki qrupa - adi və milli statuslu universitetlərə bölünəcək Bu universitetlərin hansı səviyyədə keyfiyətli təhsil vermə imkanlarını yəqin ki zaman göstərər.Ancaq “adidən” “milliyə” keçmək uğrunda gedəcək universitetlərarası “nüfuz savaşınin” konturlarını bəri başdan təsəvvür etmək o qədər də çətin deyil.

İndi “özəllərə” adi baxıldığı kimi “dövlətlərə” də adi baxılacaq. Çünki milli sözündə bir əzəmət var, qürur var, ecazkarlıq var. Biz isə qürurumuzu hər şeydən üstün tutan xalqıq və hesab edirik ki, milli universiteti bitirmədən milli ruha,milli düşüncəyə sahib olmaq mümkün deyil.

Deyə bilmərəm 1930 –cu ildə yaradılan Jukovski adına “Xarkov Aviasiya İnstitutu”nu sonralar “Milli Aerokosmik Universiteti” adlandıranda bu nüanslar nəzərə alınıb yoxsa, yox.

Ancaq bir şeyi dəqiq bilirəm ki məktəb, lisey, gimnaziya, kollec, institut, universitet, akademiya ayrı-ayrı şeylərdir. Gəlin çalışaq hər şeyi öz adı ilə çağıraq. Formaya diqqət çəkəndə məzmunu da unutmayaq. Elə etməyək ki, sonda bal və şorun eyniləşdirildiyi yerdə nə baş verə biləcəyi haqda lətifə həqiqətə çevrilmiş olsun.

PS: Bir də ki, bir mahnıda “yaşın nə fərqi var ki...” deyildiyi kimi adın da nə fərqi ola bilər ki, Onsuz da ARDNŞ-in nəzdində son zamanlar yaradılan “Ali Neft Məktəbi”nə keçid balı bir zamanlar AZİ deyilən, sonralar akademiyaya çevrilən qocaman ADNA-dan yüksəkdir.Nə deyim. Qloballaşırıq, amma sürət hədini də gözləmək lazimdır. Ən çox hadisələr sürət həddnı aşanda baş verir.

Nadir İsrafilov, təhsil eksperti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Millətin gələcəyindən narahatlıq: nazir də narazıdır, deputat da, vətəndaş da - NƏ ETMƏLİ?

    Millətin gələcəyindən narahatlıq: nazir də ...

    1-09-2022, 12:54

  • 
  • Orta məktəblərin buraxılış siniflərində yekun attestasiyaya dair dəyişikliklər açıqlandı

    Orta məktəblərin buraxılış siniflərində yekun ...

    27-05-2013, 11:56

  • 
  • UNESCO: Azərbaycan əhalisinin 70 faizi tam orta və ali təhsillidir

    UNESCO: Azərbaycan əhalisinin 70 faizi tam orta ...

    23-05-2013, 01:20

  • 
  • Vasif Talıbov Naxçıvan ziyalılarına xüsusi tapşırıqlar verdi

    Vasif Talıbov Naxçıvan ziyalılarına xüsusi ...

    17-09-2014, 16:24

  • 
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu