GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Millətin gələcəyindən narahatlıq: nazir də narazıdır, deputat da, vətəndaş da - NƏ ETMƏLİ?

Millətin gələcəyindən narahatlıq: nazir də narazıdır, deputat da, vətəndaş da - NƏ ETMƏLİ?

Tarix: 1-09-2022, 12:54 Bölmə :Cəmiyyət Baxış: 250


Elm və təhsil naziri Emin Əmrullayev bəyan edib ki, ümumtəhsil məktəbləri müasir dövrün tələblərinə cavab verməlidir. Nazirin sözlərinə görə, müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans var: “Biz çalışırıq ki, bunu müəllimlərin işə qəbulu prosesində tənzimləyək. İkinci həll yolu məktəblərin ştat cədvəli dediyimiz sistemidir. XXI əsrdə artıq məktəblərin strukturu da fərqli olmalıdır. Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır. Digər tərəfdən sertifikasiya məsələsi də önəmlidir”.

Qeyd edək ki, uzun müddətdir təhsil sistemində islahatların aparılacağı barədə müzakirələr gündəmə gəlsə də, bu, baş vermir. Yalnız kosmetik addımlar atılır ki, bu da öz növbəsində təhsildə keyfiyyət dəyişikliklərinə gətirib çıxarmır. Bəs, görəsən, təhsil islahatları necə həyata keçirilməlidir və buna mane olanlar kimlərdir?

Gundemxeber.az-ın məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı AYNA-ya açıqlamasında deyib ki, qəbul imtahanında abituriyentlərin aşağı nəticə göstərməsi Azərbaycan təhsilinin ən ciddi problemlərindən biridir: “Təhsil millətin gələcəyidir. Biz bu günə təhsilimiz və elmimiz sayəsində gəlib çatmışıq. İslahat anlayışı çox genişdir. Hörmətli nazirin nəyi nəzərdə tutduğunu söyləyə bilmərəm. Ancaq orta təhsildə islahatlar aparmaq üçün ilk növbədə, qüsurları, problemləri görmək, sonra isə onları islah etməyin ən səmərəli yollarını axtarıb tapmaq, səbr və qətiyyətlə həyata keçirmək lazımdır”.

“Dövlətimiz təhsil üçün zəruri olan şeyləri edib və edir. Bu gün ölkəmizdə müasir avadanlıqlarla təchiz olunmuş orta məktəb binaları olsa da, təhsilin keyfiyyəti ildən-ilə aşağı düşür, qəbul imtahanlarında aşağı bal toplayanların sayı artır. Belə bir vəziyyət nə üçün yaranıb? Onu necə aradan qaldırmaq olar? Səbəblərini təhsillə maraqlanan hər bir şəxs bu və ya başqa dərəcədə bilir”, - deyə deputat bildirib.

O, orta təhsildə bəzi xarici ölkələrdə olduğu kimi, yeni maliyyələşdirmə sistemimə keçidin faydalı olduğu qənaətindədir: “Bəzi məktəb direktorları, direktor müavinləri orta təhsilin fəlsəfəsini, məqsədlərini bilmirlər. Müəllimlərin arasında savadsızlıq artır. Fəaliyyət göstərən bu qədər ali məktəb, filialları və kolleclər nə üçün keyfiyyətli kadr hazırlaya bilmir? Bəzi müəllimlər heç orta səviyyədə dərs verə bilmirlər, sinifdə vaxt keçirirlər. Məktəb rəhbərliyi isə heç bir tədbir görmür və ya görə bilmir”.

“Məktəblərdə müəllim çatışmazlığı var. Bəzən dərsləri qeyri-ixtisas sahibləri keçirlər. Müəllimlərin tez-tez yerdəyişməsi ziyan vurur. Dərsliklərin yazılmasında az qala inhisarçılıq mövcuddur və nazirliyin təsdiq etdiyi dərsliklərin əksəriyyəti bərbad haldadır. Məktəblə ictimaiyyət arasında əlaqə zəifdir. Valideynlərin çoxu övladının məktəb təhsili ilə maraqlanmır, daha çox kurslara, fərdi hazırlığa üstünlük verir. Ucqar dağ kəndlərində məktəblərin yuxarı siniflərində qızların dərsə davamiyyətində problemlər var”, - deyə Qasımlı vurğulayıb.

Əlavə edib ki, məktəblərdə yad təsirlərin artması da ciddi təhlükədir: “Məktəblərdə yad təsirlər nə üçün artır? İslahatların uğurlu olmasından ötrü onu həyata keçirənlər bütün səviyyələrdə təhsilin problemlərini incəliyinə qədər bilməlidirlər. Əks-halda daha da geri gedə bilərik”.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, keçmiş deputat, professor Şahlar Əsgərov mövzuya dair AYNA-ya söyləyib ki, ali və orta ixtisas məktəblərinə qəbul qaydaları dəyişdirilməlidir: “Dəfələrlə qeyd etdiyim fikrin üzərinə qayıdaraq bir daha söyləmək istəyirəm ki, universitetlərə və kolleclərə qəbul qaydaları dəyişdirilməlidir. Biz beynəlxalq təcrübədən istifadə etməliyik. Bu təcrübə nədən ibarətdir? Bu gün ali məktəblərə qəbul olunmaq üçün qoyulan şərtlər çox mürəkkəbdir. Təsəvvür edin ki, valideynlər məcbur qalıb övladlarını çoxlu sayda repititorun yanına göndərir. Bu məqsədlə ailə büdcəsindən böyük məbləğdə vəsait xərcləyirlər. Abituriyentlər müxtəlif fənnlər üzrə test üsulu ilə hazırlıq səviyyəsini yüksəldirlər”.

“Lakin cəmiyyətin, əmək bazarının əsas nəyə ehtiyacı var? Təbii ki, peşəkar kadrlara. Peşəkar kadrlar harada yetişir? Ali və orta ixtisas məktəblərində. İlkin biliklər vacibdir və buna görə də ümumtəhsil məktəblərində tədrisin səviyyəsi yüksəldilməlidir. Ancaq peşəkar kadrları hazırlamaq üçün biz əsas diqqəti ali və orta ixtisas məktəblərinə yönəltməliyik. Bunun üçünsə universitetlərə və kolleclərə qəbul qaydaları sadələşdirilməlidir. Biz ali və orta ixtisas məktəblərinin giriş qapısını açıq, çıxış qapısını isə bağlı tutmalıyıq. Əksər inkişaf etmiş dövlətlər bu təcrübədən istifadə edir və kifayət qədər də uğurlu nəticələri var”, - deyə həmsöhbətimiz qeyd edib.

Əsgərovun sözlərinə görə, orta məktəbin yuxarı siniflərində dərslərin səviyyəsi qənaətbəxş deyil: “İllər keçir, amma təhsildə ciddi irəliləmə müşahidə olunmur, sadəcə fırlanma hərəkəti var. Bu problemlərin varlığı onu göstərir ki, təhsil bizim üçün hələ dərk olunmamış sahədir. Əgər nazirlik islahatlar aparacağını bəyan edirsə, bu, o deməkdir ki, onlar da problemin mövcudluğunu etiraf edirlər. Etiraf edirlərsə, deməli, həllində də maraqlıdırlar. Təbii ki, bu islahatlar aparılmalıdır. İslahatlar ölkə təhsilinin inkişafına və tərəqqisinə xidmət etməlidir. İnanıram ki, məhz belə də olacaq”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın ali təhsil sistemində radikal addımlar atılacaq

    Azərbaycanın ali təhsil sistemində radikal ...

    17-05-2013, 16:00

  • 
  • Təhsildə yenilik - məktəblərin “Nümunəvi Nizamnaməsi” dəyişdi

    Təhsildə yenilik - məktəblərin “Nümunəvi ...

    4-11-2015, 17:20

  • 
  • Deputat rusdilli məktəblərin büdcədən maliyyələşməsinə son qoyulmasını istədi

    Deputat rusdilli məktəblərin büdcədən ...

    3-02-2014, 15:59

  • 
  • Mikayıl Cabbarovdan direktorlara növbəti xəbərdarlıq

    Mikayıl Cabbarovdan direktorlara növbəti ...

    16-09-2013, 13:57

  • 
  • Nazir vaksinasiyanı başa vurmuş məktəblərin adlarını açıqladı - SİYAHI

    Nazir vaksinasiyanı başa vurmuş məktəblərin ...

    7-04-2021, 12:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu