Şah İsmayıl Xətai Adına Azərbaycan Demokrat Partiyasının Sədri Babək Ədalətin qızı nəməlum şəxslər tərəfindən oğurlanıb.
Bu barədə Teleqraf.az-a hazırda həbsdə olan partiya sədrinin oğlu Babək Ədalətli məlumat verib. Babək Ədalətlinin birldirdiyinə görə, 24 dekabr saat 18:00-da bacısı işlədiyi uşaq bağçasından çıxıb evlərinə gedərkən Səbail rayonu ərazisində dörd nəfər nəməlum şəxs tərəfindən başına torba keçirdərək oğurlanıb. Emin Ədalətinin verdiyi məlumata görə bacısını oğurlayan şəxslərin ikisi polis işçisi olub. Qizi döyərək maşına otuzdurub növbə sənin atanın, qardaşının və qardaşının övladlarınındır deyib, əllərində olan silahın arxası ilə başına vurub yolun kənarına atıblar. Hazırda siyasi məhbus olan partiya sədrinin qızı Musa Nağıyev adına xəstəxanada həkim nəzarətindədir. Babək Ədalətli onu da bildirib ki, partiya sədrinin qızını oğurlayan şəxslər ona narkotik iynə vurublar. Müayinə üçün tibbi ekspetiziya tələb etsələrdə həkimlər ekspert rəyi verməkdən imtina edirlər. Həyatlarının təhlükə altında olduğunu bildirən Babək Ədalətli aidiyyəti qurumlardan kömək istəyir.
Sorğu
Yeni dizaynımız necədir?