Azərbaycan Xalq cəbhəsi Partiyasının (AXCP) müxalif yönümlü siyasi partiya rəhbərlərinin QHT təmsilçilərinin həbsi ilə bağlı təsis etdiyi Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına qatılmamasının səbəbi məlum olub.
AXCP sədrinin müavini Razi Nurullayev APA-ya açıqlamasında bildirib ki, buna səbəb partiyanın bu birlikdə baş verə biləcək intriqalardan uzaq olmasıdır: “Ümumiyyətlə, siyasi partiyalar istənilən mövzu ətrafında bir araya gəlir, lakin sonradan dağılır. Bir-birini günahlandırmağa başlayırlar və həmişə də AXCP hədəfə alınır. Bu baxımdan partiya bu tip birliklərdən və gözlənilən intriqalardan uzaq olmağa çalışır. Bu birliklərin arxasında nəyin gizləndiyi bilinmir. Ancaq AXCP Milli Şura ilə birlikdə məhbusları müdafiə edir və hər zaman onların yanındadır”.
Qeyd edək ki, mərkəz Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü təsis edilib.
Mərkəzin sədri KXCP sədri Mirmahmud Mirəlioğludur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?