Türkiyənin TRT Haber kanalında yayımlanan xəbərdə Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edilib.
Xəbəri təqdim edən azərbaycanlı həmkarımız ölkəmizin işğal olunmuş torpaqlarından danışaraq ürək ağrısı ilə Tərtər rayonunu xüsusi qeyd edib. Beləki, “Sərsəngə yürüş” adı ilə keçirilən səfər zamanı bir çox qəzet və xarici media təmsilçiləri də buradakı vəziyyətlə tanış olub və bu su anbarının çox təhlükəli vəziyyət aldığını görüblər.
Yay aylarında su anbarını bağlayan ermənilər qış fəsli gələn kimi bir çox silah-sursatları anbar vasitəsi ilə axıdaraq, suyu zəhərləyirlər. Çox pis vəziyyətdə olan Sərsəng su anbarının hətta partlama təhlükəsi də var. Bu isə Tərtərə və onun yaxınlığında yerləşən bütün bölgələrə çox ziyandır.
Hazırda bu su anbarının vəziyyəti ilə bağlı ətraf rayonların torpaq sahələri əkinçiliyə də, demək olar ki, yararsızdır.
a24.az saytı olaraq həmin vidogörüntünü sizə təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?