GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

Tarix: 26-11-2020, 10:41 Bölmə :Bölgə Baxış: 307
Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?


Kəlbəcər işğaldan azad olunsa da, bu fikirləri rayonun ən strateji nöqtələrinə şamil etmək hələ ki mümkün deyil. Rayondakı strateji əhəmiyyətli yerlərdən olan Sərsəng su anbarı rusların xəritəsində keşmiş Ağdərə rayonunun ərazisinə düşdüyündən bu gün ordumuzun aldığı ərazilərdən kənarda qalır. Azərbaycanın 7-8 rayonunu su ilə təchiz edən su anbarının iqtisadiyyatımıza necə qazandıracağımız isə bilinmir.

Məsələ burasındadır ki, bol sulu bulaqlara sahib Dağlıq Qarabağda yağmur miqdarı buxarlanma miqdarından çox olması ermənilərin həmin su anbarından istifadəsini əhəmiyyətsizləşdirir. Sovet hakimiyyəti illərində inşa edilən bu anbar Azərbaycanın digər rayonlarını su ilə təchiz etmək üçün nəzərdə tutulmuşdu. Həmin su anbarının hazırda Azərbaycana qaytarılmaması üçtərəfli sazişin xoş niyyətlə bağlanmadığına ciddi şübhə yaradır.

Qeyd edək ki, Sərsəng su anbarı vaxtilə mövcud olan Ağdərə rayonunun ərazisində idi və Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən ləğv olunan rayonun əraziləri Tərtər, Ağdam və Kəlbəcər arasında bölüşdürülmüşdü. Görünür, bizə üçtərəfli bəyanatı sülhməramlı sənəd kimi sırıyan Rusiya Azərbaycan Respublikasının yox, artıq mövcud olmayan SSRİ-nin qanunları ilə məsələyə yanaşıb, bu da ölkəmizin suverenliyini şübhə altına almaq mənasına gəlir.

Ovqat.com-un əldə etdiyi dəqiqləşdirilməmiş məlumata görə, Sərsəng su anbarından başqa Kəlbəcərin qızıl yataqlarının da ermənilərin nəzarətində qalıb.

Üstəlik, qızıl yataqlarının Qarabağ ermənilərinin də yox, birbaşa Ermənistana verildiyi bildirilir. Bu isə həmin yataqların Azərbaycan iqtisadiyyatına qaytarılması ehtimalını tamamilə istisna edir və Sərsəng su anbarından daha ciddi itki mənasına gəlir. Belə ki, Azərbaycan Dağlıq Qarabağa heç bir status vermədiyindən Sərsəngdən öz balansında olan yer kimi istifadə etmək hüququnu əlində saxlayır. Kəlbəcərin Zod yatağı üçün isə eyni sözləri demək çətindir.

Məsələ burasındadır ki, Kəlbəcərdəki qızıl yataqlarımızın indiki aqibəti yenə ruslar tərəfindən, həm də SSRİ zamanında müəyyənləşdirilib. Bildirildiyinə görə, yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunub və onun əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tapşırılıb. Halbuki, yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisinə düşür. Digər 16 filiz damarı Kəlbəcərin ərazisindədir. Buna baxmayaraq, keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib. 1976-cı ildə qızıl istismarına başlanılan yatağın 1993-cü ildə Kəlbəcərin işğal edilməsindən sonra bu mübahisəyə də son qoyulub.

Xəritədən də göründüyü kimi, Zod yataqlarının böyük hissəsi Kəlbəcərin ərazisinə düşür

Kəlbəcərin bu gün işğaldan azad edilməsindən sonra yataqların kimə aid olması yenidən mübahisə predmetinə çevrilib və aldığımız məlumata görə, Rusiyanın israrıyla bu ərazilər Ermənistanın nəzarətində qalıb. Azərbaycanın torpaq bütövlüyünə qəsd kimi qiymətləndirilə biləcək iddialara rəsmi Bakı aydınlıq gətiriməli və əgər məlumat doğrudursa, işğal faktı kimi dəyərləndirilməlidir.

Qeyd olunur ki, yataq Rusiyanın “GeoProMining Gold Company” şirkətinin istismarındadır. Son Qarabağ döyüşləri zamanı şirkətin Zod qızıl mədənində bütün işləri dayandırıldığı iddia olunurdu.

“GeoProMining Gold”un rəhbəri Ruzanna Qrigoryanın dediyinə görə, mədəndə işlər döyüş əməliyyatları başlayandan təxirə salınıb. “Şirkət rəhbərliyi işçilərin təhlükəsizliyini təmin etmək üçün işi dayandırıb. Mədən ərazisini atəşə tutma təhlükəsi qaldıqca, mədəndəki işlər davam etməyəcək”-R. Qrigoryan müharibənin ilk günlərində mətbuata verdiyi açıqlamasında belə demişdi.

Göründüyü kimi, şirkət rəhbəri istismarın həmin əraziləri Azərbaycana qaytarmaq üçün yox, sadəcə təhlükəsizlik tədbirləri səbəbindən dayandırıldığını vurğulayıb. Bu da əldə etdiyimiz məlumatın səhihliyi ehtimalını artırır.

Məlumatı dəqiqləşdirmək üçün müraciət etdiyimiz Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Nazirliyin Qaynar xəttindən avtomatik cavabvermə sistemi müvəqqəti xidmət xaricində olduğunu bildirdi. Digər telefon nömrələrin isə məşğul idi. Ümidvarıq ki, Azərbaycan rəhbərliyi ictimaiyyətimiz üçün qaranlıq qalan bu müəmmaya yaxın saatlarda aydınlıq gətirəcək.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilər 400 min azərbaycanlının suyunu kəsəcək - EKOLOJİ TERROR

    Ermənilər 400 min azərbaycanlının suyunu kəsəcək ...

    14-08-2020, 10:33

  • 
  • AŞPA-nın komitə iclasında Sərsəng su anbarı ilə bağlı ilkin hesabat layihəsi dinləniləcək

    AŞPA-nın komitə iclasında Sərsəng su anbarı ilə ...

    6-11-2015, 14:27

  • 
  • Ermənistanın baş naziri Azərbaycanın ən gözəl yerində keyf çəkdi, kater sürdü - VİDEO

    Ermənistanın baş naziri Azərbaycanın ən gözəl ...

    18-08-2017, 15:47

  • 
  • Ermənistandan Azərbaycana bioloji silah…

    Ermənistandan Azərbaycana bioloji silah… ...

    25-12-2014, 23:32

  • 
  • Google xəritələrində Füzuli rayonun adı  "Varanda" kimi,  Zəngilan rayonunun adı "Kovsakan" kimi Ağdərə rayonunun adı "Mardakert" kimi göstərilib

    Google xəritələrində Füzuli rayonun adı ...

    28-05-2013, 23:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu