GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Günay İbrahimlidən etiraf: “...çox şey görmüşəm”

Günay İbrahimlidən etiraf: “...çox şey görmüşəm”

Tarix: 26-12-2014, 01:03 Bölmə :Ölkə Baxış: 0
Günay İbrahimlidən etiraf: “...çox şey görmüşəm”

gundemxeber.az atvxeber.az-a istinadən müğənni Günay İbrahimlinin müsahibəsini təqdim edir.


- Sənətində yaxşılığa doğru gedən dəyişikliklə yanaşı, şəxs olaraq səndə də fərqlilik görünür...
- Böyüyürəm... Dəyişməyim mənim ətrafımdan, çevrəmdən irəli gəlir. 24 yaşım var, amma yaşıma görə çox şeylər görmüşəm. Bunu özündən razılıq kimi qələmə verməsinlər, amma indi artıq hər çağırılan verilişə getmirəm, seçirəm. Belə lazımdır, bu mənim öz fikrimdir. Heç kim deməsin ki, Günay artıq ulduzluq edir. Elə verilişlər var ki, müğənni illərlə qazandığı hörməti orda itirə bilər, mən necə gedim ora? Bu məsuliyyətdən irəli gəlir, ulduzluqdan yox.

- Bəs əvvəllər niyə belə etmirdin? O verilişlərə çıxmağa məcbur idin?
- Etiraf edirəm ki, hə, məcbur idim. Bir misal çəkim. “Səndən öncə, səndən sonra” mahnısının populyar olacağını düşünmürdüm. Elə-belə, şansa buraxdım. Amma indi mən heç vaxt düşünməmiş mahnı buraxmaram. Hər verilişə çıxmağım da elə idi. Amma indi çox məsuliyyətliyəm.

- Həyatında neçə dəfə aşiq olmusan?
- 8-ci sinifdə oxuyurdum, bir oğlan xoşuma gəlirdi, amma sevmirdim. Uşaq olmuşam. Amma həqiqətən bir dəfə sevmişəm. Özü də etiraf edim ki, təzəlikcə olub. Ayrıldım, çünki təkcə sevgi kifayət etmədi. Düzdür, sevgi qarşılıqlı olub, sevmişik bir–birimizi, amma müəyyən bir müddətdən sonra görmüşəm ki, sevgidən mühüm məqamlar var. Onunla sevgili olmamışdan qabaq elə düşünürdüm ki, bizdə alınar. Amma bərabər olduqdan sonra anladım ki, dost qalsaq, yaxşı olar.

- Bir müddət ailənin sənətinə qarşı olması və hətta sənin ailəni tərk etməyinlə bağlı xəbərlər yayıldı. İndi necədir vəziyyət?
- Ailədən çox qohumlarım qarşı çıxırdılar. Hətta ilk dəfədir deyirəm, nənəm indiyə kimi mənimlə danışmır. Mənim bu sənətdə olmağımı qəbul etmir. Amma bu yaxınlarda bir verilişə çıxmışdım, birlikdə çalışdığım Sevincə zəng edib demişdi ki, niyə Günay o verilişə çıxıb. İllərdən sonra bu onun ilk zəngi idi. Artıq hər şey yoluna düşür və məni anlamağa çalışırlar.

- Səni sevənlər çoxdur, amma sevməyənlər də çoxdur...
- Məni nə qədər sevən var, bir o qədər də sevməyən var. O düz sözdür ki, səni hamı sevə bilməz. Amma mənə çox maraqlıdır, görəsən məni niyə xoşlamırlar? Səbəb nədir?

- Sonuncu dəfə özün üçün nə etmisən?
- Əynimdə olan köynəyi bu gün almışam.

- Neçəyə almısan?
- Çox baha deyil, 65 manata (gülür).

- Bu qədər çox çalışmağına baxmayaraq, itirdiklərin olub?
- Olub, dəfələrlə... İştirak edəcəyim məclislərdən, tədbirlərdən, verilişlərdən qəsdən uzaqlaşdırılmışam. Amma bir qapı bağlanıbsa, min qapı üzümə açılıb. Yolumu bağlayan insanları da tanımışam, zəng edib deməmişəm ki, niyə belə edirsən? Axarına buraxmışam, ondan da yaxşı olub işlərim. Çünki, o keçmişdə qaldı. Mən o adamla dava etməklə heç nə düzəlməyəcək. Onun da mənə işi düşəcək, eybi yox.

- Təzə oxumağa başlayanda nə qədər büdcə ayrılmışdı sənin üçün?
- 100 min manata yaxın.

- Məşhurluğun resepti necədir?
- Sənətə önəm verməlisən, məqsədin təmiz olmalıdır, təkcə məşhur olmaq üçün gəlməməlisən bu sənətə...

- Müğənni olmamışdan qabaq nə işlə məşğul idin?
- Bilirsən, mən əvvəl nə işləmişəm? Uşaq hazırlaşdırmışam evdə. Fortepiano üzrə. İlk maaşım o vaxtın pulu ilə 40 şirvan olub (gülür). 11 il fortepiano məktəbi keçmişəm, 7 il musiqi məktəbi, 4 il də Asəf Zeynallıda oxumuşam.

- Aya nə qədər pul qazanırsan?
- 30-40 min manat, hərdən çox da olur. Amma bu pullar mənə çatmır, pul gəlir və gedir. Qazandığım pulu yenə də piarıma qoyuram. Bunun geyimi var, klipi var və s. Yeri gəlmişkən, çəkdirdiyim kliplərin heç birini bəyənmirəm. Rejissorlarımız inciməsinlər, 10 dənə klipim var, heç birini də bəyənmirəm.

- Niyə bəs klipi təhvil alırdın?
- Neynəyim? Artıq klip hazırdır, geriyə dönüş yoxdur. Onsuz da ikinci dəfə çəkilsə, lap pis olacaq.

- Özünə qulaq asırsan?
- Asıram, “Ola bilərdin” mahnısından başqa. Çünki, mahnını burnumda oxumuşam. O mahnıya qulaq asa bilmirəm. Soruşa bilərsən ki, niyə təzədən oxumadın? Dinləyici o mahnını elə qəbul eləmişdi, ona görə.

- “Bayramda küsülü qalmazlar” atalar sözünə əməl edənlərdənsən deyəsən?
- İlin sonuna yaxın barışıqlar oldu. Ceyhun Əliyev və Təranə Səmədova ilə barışdıq. Küsülü qalmaq yaxşı deyil.

Müsahibəni davam etdirmək olardı, sadəcə Günay mənimlə görüşməmişdən öncə siması olduğu yeni markanın reklam çəkilişində idi. Yorulduğunu nəzərə alaraq, söhbətimizi elə burdaca yekunlaşdırdıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Günay İbrahimlidən kürəyi açıq fotosessiya

    Günay İbrahimlidən kürəyi açıq fotosessiya ...

    13-01-2014, 02:14

  • 
  • Müğənni Xatirə: "İndi deyim, hansı aparıcı kimlə sevişir?"

    Müğənni Xatirə: "İndi deyim, hansı aparıcı ...

    19-12-2014, 00:31

  • 
  • Müğənni Günay alt paltarını göstərdi – Fotolar, Video

    Müğənni Günay alt paltarını göstərdi – Fotolar, ...

    8-12-2014, 20:25

  • 
  • "Müğənni olduğum üçün dayılarım mənlə küsülüdür" - Günay

    "Müğənni olduğum üçün dayılarım mənlə ...

    22-12-2016, 20:55

  • 
  • Zaur Baxşəliyev üç verilişə aparıcılıq edəcək

    Zaur Baxşəliyev üç verilişə aparıcılıq edəcək ...

    12-10-2015, 18:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu