Azərbaycanda iki təcavüz hadisəsi ilə bağlı "Təmiz dünya” İctimai Birliyinə müraciət daxil olub. Bu barədə "Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
İctimai Birliyin sədri qeyd edib ki, Bərdədə zorlandığı iddia olunan qızın anası təşkilatla əlaqə saxlayıb. Qızın anası bildirib ki, o, 2012-ci ildə, evlərində tanış şəxs tərəfindən zorlanıb. Lakin oğlan bu barədə heç kəsə danışmaması üçün qızı təhdid edib və qıza söz verib ki, onunla evlənəcək. Qız da bu müddət ərzində susub.
Lakin oğlan 15 yaşlı digər bir qızla nişanlanıb. Bu günlərdə oğlanın başqa qızla nişanlanması barədə xəbəri eşidən qız intihara cəhd edib. O, intihara cəhd etmədən öncə məktub yazıb. Qızın valideynləri məktubu oxuyublar və hadisədən xəbərdar olublar. İntihara cəhdin qarşısı alınıb. Bu hadisəni eşidən oğlan isə aranı sakitləşdirmək üçün qıza onunla evlənəcəyi barədə yenidən söz verib.
Hadisə ilə bağlı qızın ailəsi prokurorluğa müraciət edib.
"Hadisənin üstündən iki il keçdiyi üçün zorlamanı sübut etmək çox çətindir. Ola bilər gənc boynuna alsın ki, o qızla intim əlaqədə hər hansı formada olub. İş sübut olmadığına görə bağlanıb”, - Mehriban Zeynalova bildirib.
Suraxanıda baş verən zorlanma hadisəsi ilə bağlı isə təcavüzə məruz qalan qızın rəfiqəsi təşkilata məlumat verib. İkinci müraciət də hadisənin üstündən 1 ildən çox vaxt keçdikdən sonra edilib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?