Hadisə Tovuz rayonun mərkəzindəki körpüdə baş verib.
Belə ki, Tovuz sakini, 2006-cı il təvəllüdlü F.M özünü körpüdən ataraq intihara cəhd edib. Təcili xəstəxanaya yerləşdirilən qızın həyatını xilas etmək mümkün olub.
Müayinə zamanı qıza çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti stabildir.
İlkin ehtimallara görə, o, ailədaxili münaqişədən sonra bu addımı atıb.
Sorğu
Yeni dizaynımız necədir?