Özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzləri yaradılacaq. Azərbaycanda özəl texniki peşə məktəbləri və liseyləri açılacaq. APA-nın məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramının “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi” ilə bağlı bölməsində qeyd edilib ki, Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi 2016-cı ildə özəl texniki peşə məktəbləri və liseylərinin açılmasının təşviqi ilə bağlı təkliflər hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir. Bundan başqa, Təhsil Nazirliyinə 2016-2017-ci illərdə özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılmasını təmin etmək tapşırılıb. Eyni zamanda Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi 2016-2020-ci illərdə isə sənaye üzrə müxtəlif istiqamətlərdə peşə, ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili, tədris plan və proqramlarının hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə Peşə Tədris Mərkəzlərinin yaradılmasını, İqtisadiyyat və Sənaye Nazirliyi 2016-ci ildə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkilini təmin etməlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?