Moskvada saxlanılan azərbaycanlı polis mayoru iri narkoticarət üzvü ola bilər.
ANS PRESS-in məlumatına görə, narkoticarətlə məşğul olduğu iddia edilən 43 illik polis iş başında yaxalanıb. Polis mayoru dekabrın 26-da Böyük Çerkizov küçəsində saxlanılıb.
Azərbaycanlı polis nəzarətində olduğu ərazidə vətəndaşlara heroin sataraq öz qeyri-leqal biznesini inkişaf etdirirmiş.
Azərbaycanlının evinə basqın edən polislər həmin şəxsin üzərindən 235 qram narkotik vasitə aşkarlayıb. Azərbaycanlı dindirilmə zamanı üzərindən götürülmüş narkotik vasitənin dəlil olduğunu iddia edib.
Lakin həmin şəxsin istirahət günündə saxlanılması azərbaycanlının ifadəsinə şübhə yaradıb.
Qeyd edək ki, polis mayoru haqqında "Narkotik vasitələrin qanunsuz dövriyyəsi" maddəsi ilə cinayət işi açılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?