“Forbes” jurnalı tərəfindən hazırlanan “2014-cü ilin ən çox gəlir gətirən aktyorları”nın siyahısı məlum olub.
“2014-cü ilin ən çox gəlir gətirən filmləri”ndən sonra ən çox gəlir gətirən aktyorları da bəlli olub.
Bu il filmləri ən çox gəlir gətirən aktrisa Hollivudun yeni ulduzu Cenifer Lorensdir. “Forbes” jurnalının siyahısına görə, 24 yaşlı Oskar mükafatlı Lorensin baş rollarda oynadığı “Aclıq oyunları” və “X-Men: Keçmiş günlər gələcək” filmləri dünya üzrə 1 milyard 400 milyon dollar gəlir gətirib.
Siyahının ikinci yerində 1 milyard 200 milyon dollarla amerikalı aktyor Kris Pret gəlir. Skarlet Yohanson 1 milyard 18 milyon dollar, Mark Uehlberq 1 milyard dollar, Kris Evans 801 milyon, Emma Stoun 764 milyon, Ancelina Culi 758 milyon, Maykl Fosbender 746 milyon və Hyuc Cekmən 746 milyon dollar qazandırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?