Ağ Evin rəsmi səhifəsində Azərbaycanda demokratiya, insan hüquqlarının vəziyyəti ilə bağlı bəyanat yerləşdirilib
ABŞ-da Azərbaycanla bağlı yeni kampaniya başlayıb. Ağ Evin rəsmi səhifəsində Azərbaycanda demokratiya, insan hüquqlarının vəziyyəti ilə bağlı bəyanat yerləşdirilib. Bu barədə Gunxeber.com-a Nyu Yorkda təhsil alan azərbaycanlı tələbə Emil İsmayılov məlumat verib. Bəyanatda Azərbaycanda siyasi məhbusların olduğu, demokratiyanın boğulduğu, prezident və parlament seçkilərinin nəticələrinin özünü doğrultmadığı bildirilir. Əgər fevralın 27-dək bu bəyanatı yüz min nəfər bəyənsə, Ağ Ev, ABŞ prezidenti Barak Obama Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyətinə münasibət bildirəcək. Qeyd edək ki, E.İsmayılov bir neçə gün əvvəl Gunxeber.com-a yolladığı məktubda 2011-ci ildə Azərbaycana gələrkən məcburiyyət qarşısında YAP-a üzv olduğunu, indi isə partiyadan çıxmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, buna məhəl qoyulmadığını bildirmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?