Nyu-York polis komissarı Uenjian Liunun dəfn mərasimində siyasi çıxışlara yol verilməməsinə çağırıb. Uilyam Bratton deyib ki, cəsur bir insanın dəfni inciklik deyil, kədər mərasimidir.
Bratton öldürülən digər bir polis işçisi Rafael Ramosun dəfn mərasimində Nyu-York meri Bill de Blasionun televiziya çıxışına arxa çevrilməsinə işarə edib
The New York Times yazır ki, polis həmkarlar ittifaqları Liunin də dəfn mərasiminə çoxsaylı polis zabitlərinin toplaşmasını təmin edib.
İkigünlük mərasimə ABŞ boyu minlərlə polis işçisi qatılacaq.
Polis zabitləri asiyalı Uenjian Liu və ispan Rafael Ramos Bruklində polis maşınında oturarkən 28 yaşlı İsmayıl Brinslinin atəşinə məruz qalıb. Daha sonra metro stasiyasına qaçan İsmayıl özünü güllələyib. /Amerikanın səsi/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?