Nyu-York polisinin bildirdiyinə görə, bu gün səhər Nyu-Yorkun avtobus stansiyası yaxınlığında partlayış törətməkdə şübhəli bilinən şəxs həbs edilib. Polis azı 3 nəfərin yaralandığını bildirib. Onların aldığı yaraların həyati təhlükəsi yoxdur.
Nyu-York polis kommissarı Ceyms Onill 27 yalı Akayed Ullahın qurğunu üzərinə bağladığını və onun da yaralandığını bildirib. Lakin texniki baxımdan aşağı səviyyəli qurğudan istifadə edildiyi barədə məlumat verib. Hazırda o, xəstəxanada nəzarət altında müalicə edilir. Akayed Ullahın 7 il əvvəl Birləşmiş Ştatlara Banqladeşdən gəldiyi və ABŞ-da daimi yaşayış icazəsi olduğu bildirilib. İlkin məlumatlarda partlayışda boru bombasından istifadə edildiyi bildirilmişdi.
Manhettanın turistlərin çoxluq təşkil etdiyi Times Square meydanındakı metro stansiyası da daxil edilməklə, insanlar ərazidəki üç metro stansiyasından evakuasiya edilib.
Ağ Evin sözçüsü Sara Hakkabi Tweeter səhifəsində prezident Donald Trampın hadisə ilə bağlı məlumatlandırıldığını bildirib.
Nyu-York ştatının qubertnatoru Endryu Kuomo və Nyu-York şəhərinin meri Bill De-Blasion hadisə yerində olub.
Sorğu
Yeni dizaynımız necədir?