Zərdab rayonunda 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun qətlə yetirildikdən sonra ilk fotosu əldə edilib. Avrasiya.net-in məlumatına görə, Rəşadı qətlə yetirən və polis tərəfindən tutulan 1989-cu il təvəllüdlü Vüsal Ələsgər oğlu Mehrəliyev onun qonşusu olub. Hadisənin namus üstündə törədildiyi deyilir. Qatilin qonşusunu həyat yoldaşı ilə yaxın münasibətdə olduğuna görə öldürdüyü məlum olub. Qeyd edək ki, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda dekabrın 30-da səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb. Polisdən APA-ya verilən məlumata görə, V. Mehrəliyev R. Zeynalovu qətlə yetirdikdən sonra onun üz nahiyəsinə benzin tökərək yandırıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?