Malayziyada 27 yaşlı qız "Skype" vasitəsilə İŞİD terrorçusuna ərə gedib. ANS PRESS-in məlumatına görə, gənc qız 2 həftə əvvəl İŞİD-in mərakeşli üzvü ilə ailə qurub.
Malayziyalı polisi adı açıqlanmayan qızın həbsi ilə bağlı bunları açıqlayıb: "Qız noyabr ayından etibarən İŞİD-in "Youtube"dakı təbliğedici videolarını izləyib. Təsir altına düşən qız daha sonra terrorçulara qoşulmağı qərara alıb. Dekabrın 24-də isə Kuala-Lumpur aeroportunda terroçulara qoşulmaq üçün gedərkən həbs edilib".
Xüsusi xidmət orqanlarının məlumatına əsasən, İraq və Suriyada İŞİD-in tərkibində minimum 60 nəfər malayziyalı var. Dekabr ayı ərzində Kuala-Lumpur aeroportunda İŞİD-ə qoşulmaq istəyən bir neçə nəfər həbs edilib. Bundan başqa, Malayziyaya qonşu ölkələrdən terrorçulara qoşulmaq istəyənlər də bu aeroportdan tranzit məntəqə kimi istifadə edirlər.
Sorğu
Yeni dizaynımız necədir?