gundemxeber.az APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üç bulaq adlanan otlaq sahəsində yerləşən evdə baş verib. 3 nəfər maskalı şəxs 43 yaşlı Alışanov İsa Sovet oğluna məxsus evə daxil olaraq ev sahibini, onun anası Əsli Alışanovanı və bacıları Matat, Könül və Gülnisənı döyərək bədən xəsarətləri yetirdikdən sonra evdə olan 60 min manata kimi nağd pulu və 15 min manat dəyərində olan qızıl-zinət əşyalarını aparıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan İsa Alışanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis İdarəsində araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?