Dünən axşam saatlarında Sabirabad rayonun Çiçəkli kəndində soyğunçuluq hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, iki nəfər əli silahli və üzləri maskalı naməlum şəxslər kənddə fəaliyyət göstərən Rəfael Əli oğluna məxsus mağazaya basqın ediblər. Əvvəl kənd sakininə hədə-qorxu gələn maskalılar, daha sonra kassada olan pullari və müxtəlif ərzaq məhsullarini götürərək aradan çixiblar.
Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bölməsində hadisə ilə bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?