GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Mənim Azərbaycanda qarşısında baş əyəcəyim bir heykəl yoxdur" - VİDEO

"Mənim Azərbaycanda qarşısında baş əyəcəyim bir heykəl yoxdur" - VİDEO

Tarix: 8-01-2015, 00:21 Bölmə :Ölkə Baxış: 0
"Mənim Azərbaycanda qarşısında baş əyəcəyim bir heykəl yoxdur" - VİDEO

"Əvəz Zeynallı həbsə necə gedibsə, həbsdən elə də çıxıb"
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Amerikanın Səsinə müsahibəsində həbsxana həyatı, jurnalistin həbsxanadan azad dünyaya baxışı, həbsxanada islahatların vacibliyi və azad media problemlərindən danışıb.

- Həbsxana həyatınız necə keçdi? Jurnalist üçün həbs nə deməkdir?

- Bir çox hallarda insanın özündən asılıdır. Həbsxana həyatım yaşadığım həyatın davamı kimi, yəni normal keçdi. 1158 gün həbs müddətim çəkdi və öz fəaliyyətimlə məşğul oldum, yazdım, oxudum, araşdırmalar apardım, əlimdə olan mətbuatın, yazarların monitorinqini apardım. Yəni 3 il iki ay iki gün müddətində Azərbaycan mətbuatının, imkan olduğu qədər Azərbaycan televiziyalarının monitoriniqi aparmışam.

- Monitorinqiniz nə deyir?

- Monitorinq prosesi gözümün qabağında, günə-gün, saata-saat, yazıya-yazı aydınlandı. Bu gün hansı mövqedə olan yazarın, sabah hansı mövqedə olduğunu, televiziyalarda mövqelərin necə dəyişdiyini, qəzetlərin mövqelərini necə dəyişdiyini görürdüm. Həm də mən mətbuatın qaynar içindən, fəaliyyətdən getmişdim. Mən çox ciddi fəaliyyət göstərən Redaktorlar Birliyindən getmişdim. Həmin Redaktorlar Birliyinin ayrı-ayrı fərdlərinin necə söndüyünü, ümumiyyətlə həmin Redaktorlar Birliyinin hansı cinahlara səpələndiyini görürdüm. Yəni mənim monitorinqimdə çox şey var.

- Siz həbsə gedəndən sonra ölkədə mətbuat azadlığında dəyişiklik nə qədərdir?

- Demək olar ki, mətbuat azadlığı qalmayıb. Ən böyük problem də odur. Mənim üçün ən böyük problem mətbuat azadlığının olmamasıdır. Mən azad mətbuat adamı, ölkədə də azad mətbuat yoxdur. İndi, bundan sonra necə edəcəm, nə cür edəcəm, artıq yəqin ki, bu haqda ciddi düşünməli olacam.

- Yəni, “Xural” qəzetinin fəaliyyətini davam etdirəcəksiniz7

- Mən ona çox çalışacam. Amma, həmin “Xural” qəzetinin fəaliyyətini davam etdirəcəm. Yəni heç bir şərtsiz, heç bir şərt qoyulmadan, Əvəz Zeynallı həbsə necə gedibsə, həbsdən elə də çıxıb. Nə heç kimin şərtini qəbul etməyib, nə heç kimin qarşısında baş əyməyib, nə də heç bir tabunun qarşısında baş əymək niyyəti yoxdur. Dik girmişəm, dik də çıxmışam, dik də davam edəcəm.

- Həbsxana necə görünür? Neçə il idi həbsxanada idiniz, hansı dəyişikliklər, islahatlar edilməlidir? Jurnalist gözü ilə necə baxırsınız?

- Çox ciddi problemlər var. Yəni, həbsxanalar və orada olacaq islahatlar sahəsində mənim çox ciddi düşüncələrim var. Bəlkə qanun layihələri hazırlayacağıq. O qədər problem var ki, həbsxana sistemi a-dan z-yə dəyişməlidir. Birini deyim, mən jurnalistəm. Mən orada kompüterdə yaza bilmirdim. Həbsxanada hər otaqda kompüter var. Bizim zonda 100-dən artıq kompüter var idi, amma onun kladiaturasına mən yazı üçün toxuna bilməzdim. Telefon sistemi bütün dəyişməlidir. Həftədə iki dəfə danışmaq mümkündür, amma hər gün danışmaq mümkündürsə edilməlidir. Görüş sistemi dəyişməlidir. Məhkumların mətbuatla təchiz olunma sistemi dəyişməlidir. Mən müstəqil mətbuatı alırdım, kənardan gətizdirirdim. Hər gün mənə kənardan mətbuat gətirirdilər. Yəni 1158 gün dalba-dal hər gün evdən mətbuat gələrmi? Halbuki orada abunə olmalıdır. Mümkün qədər sistem demokratikləşdirilməlidir. “Azadlıq” qəzeti penitensiar sistemə niyə gətirilməsin? Mənə rahat gətirirlər, alıb oxuyuram. Amma ora gəlmir. Məhbusların, məhkumların azadlığa buraxılma məsələsində çox ciddi problemlər var. Qanuna görə ağır cinayətlərlə məhkum olunmuşlar cəzanın üçdə ikisini çəkdikdən sonra azad oluna bilər. Amma, bu ümumiyyətlə işləmir, tətbiq olunmur. Bu ən böyük problemdir. Yəni bu və digər problemlərlə bağlı gündəliyimdə yazmışam, zaman-zaman müzakirə edəcəyik.

- Bir də son günlər sizin ziyarətlə bağlı sosial şəbəkələrdə yazılar dərc olunmaqdadır. Münasibətiniz necədir?

- Heç bir problem yoxdur. Mən Heydər Əliyevi yüzlərlə dəfə ziyarət etmişəm. Sevgililər günündə həmişə ziyarət etmişik. Problem görmürəm. Biz silsilə şəklində Şıxəli Qurbanovu, Həsən bəy Zərdabini, Heydər Əliyevi, Seyid Cəfər Pişəvərini, Zərifə Əliyevanı və Əbülfəz Elçibəyi ziyarət etmişik. Bilənlər bilir. Deyəsən orada cavan uşaqlar peyda olub. Onlar da bilir. Burada qeyri-adi bir şey yoxdur. Əvəz Zeynallı Heydər Əliyevin də məzarının qarşısında dik durub. Mən heç bir zaman heç kimin məzarına baş əyməmişəm. Mən çox böyük idealların adamlarının qarşısında baş əyirəm. Mənim Azərbaycanda qarşısında baş əyəcəyim bir heykəl yoxdur.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Jurnalist Əvəz Zeynallı polis tərəfindən saxlanılıb

    Jurnalist Əvəz Zeynallı polis tərəfindən ...

    19-12-2017, 18:12

  • 
  • Millət vəkili Əvəz Zeynallı ilə görüşdü

    Millət vəkili Əvəz Zeynallı ilə görüşdü ...

    19-07-2013, 14:05

  • 
  • Əvəz Zeynallı “Ekspress Servis”i məhkəməyə verdi

    Əvəz Zeynallı “Ekspress Servis”i məhkəməyə verdi ...

    21-05-2013, 11:56

  • 
  • Əvəz Zeynallı 50 yaşını təmtəraqlı şəkildə qeyd etdi

    Əvəz Zeynallı 50 yaşını təmtəraqlı şəkildə qeyd ...

    16-12-2019, 14:31

  • 
  • Jurnalist Əvəz Zeynallı Mehman Əliyevlə götürdüyü müsahibəsinə görə Baş Prokurorluğa çağrıldı

    Jurnalist Əvəz Zeynallı Mehman Əliyevlə götürdüyü ...

    27-01-2018, 17:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu