Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün polis tərəfindən saxlanılıb
gundemxeber.az bildirir ki, bu barədə Strateq.az-a jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat verib. Məktəbdən uşaqlarını götürüb evə qayıdan Ə.Zeynallı yolda tıxaca düşüb. O, bu zaman hərəkətin düzgün tənzimlənməməsi ilə bağlı polisə irad bildirib. Bundan sonra jurnalist Binəqədi rayon Polis İdarəsinin 4-cü bölməsinə gətirilib. Hazırda orada saxlanılır. Araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?