GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nizami rayonunda küçəni də satıblar

Nizami rayonunda küçəni də satıblar

Tarix: 1-02-2013, 10:35 Bölmə :Ölkə Baxış: 701
Məhsəti 11 küçəsində avtomobil yolu bərbad vəziyyətdə olsa da,
yolu bağlayıb Xəzər Universitetinin həyətyanı sahəsinə çeviriblər...


“Vallah biz xaricdə villa alanı da görmüşük, dənizkənarını hasarlayıb özünküləşdirəni də, başqasının evini söküb özünə malikanə ucaldanı da. Ancaq birinci dəfədir görürəm asfalt yolunu zəbt edəsən. Qardaş, nə gedə bilirik, nə gələ. “Sehrli xalat” kinosunda deyildiyi kimi “saraya yaxınlaşmırdıq, yanından keçirdik”, İndi biz də bu universitetin yanından keçə bilmirik. Yolu kəsib, beş-altı daş töküblər küçəyə asfaltı bağlayıblar. Nə bizi burda dayanmağa qoyurlar, nə də piyadalar hərəkət edə bilir” - Nizami rayonunda yerləşən Azərbaycanın ən reytinqli təhsil müəssisələrindən biri olan Xəzər Universitetindən şikayətlənən taksi sürücüsü Nadir Kərimov belə deyir.
Onun sözlərinə görə, universitet Məhsəti 11 küçəsini işğal edib və özünə həyətyanı sahəyə çevirib. Əraziyə də tikinti materialları cəlb olunub və abadlıq işlərinin görülməsinə hazırlıq gedir. Buna görə də əvvəllər yaxınlıqda dayana bilən sürücüləri indi ora buraxmırlar. Yol park salınması adı ilə ələ keçirilib və nəqliyyatın hərəkətinə imkan verilmir. Doğrudur, Məhsəti 11 küçəsi bərbad vəziyyətdədir, asfalt tökülməsinə ehtiyac var. Yerə yağış düşən kimi bu yol çala-çuxur, gölməçəyə çevrilir. Odur ki, asfalt çəkilsə heç də pis olmaz. Ancaq bu əsas vermir ki, universitet rəhbərliyi küçənin tən ortasını özəlləşdirib parka çevirə.
Nizami rayonunda küçəni də satıblar

Üstəlik, Xəzər universiteti ilə üzbəüz park yerləşir və vətəndaşlar istədiyi vaxt gedib orada istirahət edə bilərlər. Dünən sözügedən massivdə olarkən taksi sürücülərinin şikayətlərini dinlədik, gündəlik bu yoldan istifadə edən piyadaların fikrini öyrəndik. Sürücülər deyirlər ki, avtomobillə bu yoldan istifadə edə bilmir. Yol hər iki istiqamətdən iri daşlarla bağlanıb, əraziyə tikinti malları gətirilib və yaxın vaxtlarda təmir işlərinə start veriləcək. Sürücülərdən öyrəndik ki, Nizami rayon rəhbərliyi küçəni universitetə satıb. Bu faktı axirətin əlaməti adlandıran şoferlər deyirlər ki, dünyanın heç bir yerində belə hala rast gəlmək olmaz.
Sürücü Fariz Əsədovu dinləyək: “Məhsəti 11 küçəsi Nizami rayon məhkəməsinə gedən yoldur. Buradan həmişə nəqliyyat hərəkət edib. İndi yolu kəsib bağlayıblar. Məcburuq ki, başqa istiqamətdən gedək. Bu da təzə çıxıb ki, maşın yolunu bağlayıb park salasan. Hər şeyin öz qaydası var. Özü də universitetin qabağı parkdır. Parkın yanında da park olar? Ağıllarına nə gəldi edirlər”. Digər sürücü Etibar Ağayev deyir ki, ya küçəni satıblar, ya da Nəqliyyatın İntellektual İdarəetmə Sistemində işləyənlər çox “ağıllı” adamlardır: “Bizə deyirlər ki, bəs Nizami rayon icra hakimiyyəti küçəni universitetə verib ki, buranı abadlaşdırıb genişləndirsinlər. Universitetin girişini də bir az qabağa çəkib məktəbin həyəti kimi istifadə etsinlər. Dünyanın heç yerində belə iş görmürlər. Yaxşı bəs sürücülər haradan keçsinlər? Buna bir çarə tapılmalıdır”.
Nizami rayonunda küçəni də satıblar

Piyadalar isə deyirlər ki, bu küçənin iki səkisi var. Ortada isə park yerləşir. Bu da normal haldır. Ancaq səkinin bir tərəfinin bağlanıb parkın gözünə qatılması artıq bütün parametrlərə ziddir. Artıq xeyli vaxtdır ki, bu vəziyyət görə sürücülər də, piyadalar da əziyyət çəkirlər. Hətta məktəblilər, yaşlı adamlar üçün gediş-gəliş çətinləşib. Günorta saatlarına qədər hər gün tələbələr yol üstündə dayanır və ümumiyyətlə, hərəkət iflic olur.
Nizami rayon sakini Valeh Bağırovun sözlərinə görə, vaxtilə bu yol dağılmamışdı: “İndi bu vəziyyətə düşüb. Gəlib heç olmasa asfalt çəksinlər. Camaat arasında gəzən söhbətə görə, buranı universitetin ərazisinə qatmaq istəyirlər. Hərə bir söz deyir. Amma fakt budur ki, yol qalmayıb və gərək bundan sonra hava nəqliyyatından istifadə edək”. Sakinlərin dediklərini dinləyəndən sonra redaksiyaya qayıdıb Nizami rayon İcra Hakimiyyətinin (RİH) rəsmi saytında sözügedən massivdə abadlıq işləri görülüb - görülməyəcəyi barədə axtarış versək də, qarşımıza hər hansı məlumat çıxmadı...
Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göyçayda məcburi köçkünlər yolu bağlayıblar

    Göyçayda məcburi köçkünlər yolu bağlayıblar ...

    17-06-2013, 13:14

  • 
  • Ağcabədidə məskunlaşan laçınlılar yolu bağladı - AKSİYA

    Ağcabədidə məskunlaşan laçınlılar yolu bağladı - ...

    30-01-2014, 17:23

  • 
  • Badamdar sakinləri yolu bağladı

    Badamdar sakinləri yolu bağladı ...

    24-09-2013, 11:45

  • 
  • Xəzər dənizi "azad edilir" - hasarlar sökülür

    Xəzər dənizi "azad edilir" - hasarlar ...

    6-12-2015, 16:46

  • 
  • Etiraz aksiyası keçirən İmişli sakinləri yolu bagladı

    Etiraz aksiyası keçirən İmişli sakinləri yolu ...

    4-06-2013, 12:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu