Ağcabədi rayonunda məskunlaşan Laçından olan məcburi köçkünlər bu gün günorta saatlarında Bəhramtəpə-Mingəçevir şosesinin 90-cı kilometrliyində etiraz əlaməti olaraq yolu bağlayıblar.
Şosenin Ağcabədi rayonundan keçən hissəsində yolu bağlayan məcburi köçkünlərin aksiyasına səbəb otlaq sahələrinin zəbt edilməsi olub. Məcburi köçkünlərin sözlərinə görə, otlaq sahələri fermer tərəfindən zəbt olunub.
Bundan başqa kommunal xidmətlərin səviyyəsinin aşağı olmasından, xüsusən elektrik enerjisinin verilməsindəki problemlərdən şikayətlənən məcburi köçkünlər əlaqədar qurumlardan problemlərin həllini tələb ediblər. Etiraz aksiyası 2 saat davam edib və polisin müdaxiləsindən sonra şosedə hərəkət bərpa olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?