Həftəlik “Charlie Hebdo” satirik jurnalının ofisinə edilən qanlı hücumdan sonra Fransada bir neçə məscidə hücum təşkil olunub.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.
Fransa Prokurorluğunun məlumatına görə, son 24 saat ərzində naməlum şəxslər ölkədəki ən azı üç məscidə hücum təşkil edib. Ümumilikdə hücumlar nəticəsində zərərçəkən olmayıb.
Ötən gün Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.
Hazırda Fransa polisi şübhəli şəxslərin axtarışlarını davam etdirir.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.
Bu arada bu gün naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
Sorğu
Yeni dizaynımız necədir?