Parisdə terror aktını törədən silahlılar Suriyada döyüşüblər.
APA-nın “Gazeta.ru”-ya isrinadən verdiyi xəbərə görə, bu barədə Fransanın “Le Point” jurnalı yazıb.
Məlumata əsasən, polis artıq üç terrorçulardan ikisinin şəxsiyyətini müəyyənləşdirib. Onların hər ikisi, 32-34 yaşlı Əlcəzair mənşəli Fransa vətəndaşlarıdır.
Terrorçular 2014-cü ilin yayında Suriyadakı silahlı münaqişə zonasından Fransaya qayıdıblar. Fransa polisi digər təfərrüatlar barədə hələlik məlumat vermir.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Sorğu
Yeni dizaynımız necədir?